Koronavirus əleyhinə vaksinin sınağına başlanıldı
Koronavirus əleyhinə vaksin hazırlamış Böyük Britaniyanın Oksford Universitetindən olan tədqiqatçılar komandası preparatın könüllülər üzərində sınaqlarına başlayıb.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, söhbət "ChAdOx1 nCoV-19" adını almış vaksindən gedir. O şimpanzedə virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Belə texnologiya artıq daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyini sübut edib.
"Bu gün Oksford Universitetinin vaksinlər üzrə qrupu onun (dərmanın-red) təhlükəsizliyi və yaxşı immuniteti təmin etməsi qabiliyyəti barədə informasiya toplamaq üçün iki könüllüdə COVID-19-dan vaksinin tədqiqatına başlayıb", - deyə universitet tərəfindən "Twitter"də yerləşdirilmiş xəbərdə bildirilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ