"Koronavirus heç vaxt bitməyəcək, bizimlə birlikdə olacaq" - AÇIQLAMA + FOTO

"Koronavirus heç vaxt bitməyəcək, bizimlə birlikdə olacaq" - AÇIQLAMA + FOTO
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə 361 yeni yoluxma faktı qeydə alınıb, 359 nəfər isə müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
Payız fəslində kəskin respirator virus infeksiyaları daha çox yayılmağa başlayır. Bu aylarda çoxlu xəstələnmə halı qeydə alınır. Son vaxtlar Azərbaycanda yayılan virusun əlamətləri koronavirusun klinik çalarları ilə eyni olması ilə bağlı fikirlər səslənir. Yəni insanlar arasında yayılan virusun əlamətləri COVID-19 ilə eynilik təşkil edir.
Bəs görəsən, hazırda yayılan virusu COVID-19-dan necə ayırmaq olar? Azərbaycan virus ilə nə zaman vidalaşacaq?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, yeni yaranan ştamların əlamətləri yüngüldür:
"Son dövrlərdə artıq koronavirus digər kəskin respirator viruslar ilə eynilik təşkil edir. Virus mutasiyaya uğradıqca yeni ştamm əmələ gəldi. Yeni ştamların da əlamətləri yüngüldür. Qripə oxşar şəkildədir. Virusların əlamətləri də oxşardır.
Lakin əvvəllər daha çox ön planda bədən hərarətinin yüksək olması, sümük və əzələ ağrısı idisə, indi daha çox boğaz ağrısıdır. Yəni insanlar boğaz ağrısı və burun axmasından daha çox şikayətlənirlər. Xəstəliyin ağırlaşması da əvvəlki qədər təhlükəli deyil".
İnfeksionist qeyd edib ki, virusu yalnız tibbi yol ilə ayırd etmək mümkündür:
"Koronavirus kəskin respirator viruslar ilə eynilik təşkil etdiyi üçün yalnız tibbi yol ilə ayırd etmək olar. Analiz götürülməsi ilə virusun növünü müəyyən etmək mümkündür. Analiz ilə bilmək olar ki, bu koronavirusdur, yoxsa deyil".
"Koronavirus özü heç vaxt bitməyəcək. Həmişə bizimlə birlikdə olacaq. Kəskin respirator xəstəlikləri törədən onlarla virus var. Qrip, rotavirus, adenovirus və renovirus var. Bunlar koronavirusun əvvəlki formalarıdır. COVID-19 virusu kəskin respirator xəstəliklərin sırasına əlavə olunub", - deyə M.Əliyev qeyd edib.
Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 833 550 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, 10 337 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir. Ölkədə son həftə ərzində 4 280, hazırkı dövrədək isə 7 692 353 test aparılıb.
Nəzrin Vahid

Maraqlı       Tarix: 10 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber