Koronavirus pandemiyasının YENİ FƏSADLARI üzə çıxdı
Koronavirus pandemiyasından sonra piylənmə epidemiyası baş verə bilər.
Milli.Az xəbər verir ki, Kopenhagen və Aarhus Universitetlərinin (Danimarka) mütəxəssisləri özünütəcridin obez xəstələrin sayının artmasına səbəb olacağını qeyd edib. Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər psixososial etibarsızlıq yaradır ki, bu da daha çox yeməyə təşviq edir. Həkimlər piylənmənin daha ciddi sağlamlıq nəticələrinə səbəb ola biləcəyini proqnozlaşdırırlar.
Alimlər qeyd edib ki, böhran səbəbindən dünyanın bir çox ölkəsində əhalinin gəlirləri azalır, bu da onları daha ucuz yemək yeməyə məcbur edir. Tipik olaraq bu qidalarda kalori çoxdur. Zərərli yemək iştahı stimullaşdırdığı üçün həddən artıq yeməyə səbəb olur. Həddindən artıq yemək özünü təcrid edən və tək yaşayan bir çox vətəndaşın təsəlli obyektinə çevrilir. Bu təsir fiziki fəaliyyətin aşağı səviyyədə olması ilə daha da ağırlaşır.
Mütəxəssislərin fikrincə, səhiyyə orqanları gələcək epidemiya ilə əlaqədar narahat olmalı və lazımi tədbirlər görməlidir. Xüsusilə piylənmə ilə mübarizə strategiyasını hazırlamaq üçün müvafiq tədqiqatlara investisiya yatırmaq lazımdır.
May ayında Rusiya alimləri cəmiyyətdə yeni obsessiv qorxunun - koronafobiyanın ortaya çıxdığını elan etmişdi. Mütəxəssisin fikrincə, bu, əsasən koronavirusa yoluxma riski ilə deyil, ailəni maddi baxımdan təmin etmək imkanını itirmək qorxusu ilə yaranır. Stressdən sonrakı pozğunluq pandemiyanın bitməsindən həm aylar, həm də illər sonra görünə bilər. (publika.az)
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar