Koronavirus xəstələri nikotinlə müalicə ediləcək

Koronavirus xəstələri nikotinlə müalicə ediləcəkHəkimlər koronavirusun müalicəsinin axtarışlarını davam etdirir. Fransız həkimlər öz metodikalarına nikotin plastırları daxil etməyi planlaşdırırlar.
Milli.Az xəbər verir ki, bu plastrlar COVID-19 xəstələrinə və tibb işçilərinə yapışdırılacaq. Həkimlərin qeyri-adi addım atmasına səbəb parisli bir qrup alimin araşdırması olub. Məlum olub ki, koronavirus xəstəsi olanlar və evdə müalicə alanlar arasında siqaret çəkənlər olduqca azdır. Halbuki, əvvəllər mütəxəssislər bunun əksini iddia edirdi.
Tədqiqatda koronavirus testi müsbət çıxan 480 xəstə iştirak edib. Xəstəxanada müalicə alanların orta yaşı 65 yaş olub. Bunlardan yalnız 4,4%-ni hədsiz siqaret çəkənlər təşkil edib. Evdə müalicə alanların yalnız 5,3%-i siqaret çəkənlər olub (orta yaş 44).
Müqayisə üçün deyək ki, Fransada 44-53 yaş arasında siqaret çəkənlər təxminən 40%, 65-75 yaş qruplarında isə təxminən 11% təşkil edir. Beləliklə, siqaret çəkənlərin kifayət qədər az hissəsi koronavirusa yoluxub və onlar xəstəliyi olduqca yüngül keçirib.
Bu göstəriciləri təhlil etdikdən sonra elm adamları iki nəzəriyyə irəli sürüb. Birincisi, nikotin koronavirus infeksiyasının qarşısını ala bilər. İkincisi, nikotin immun sistemini virusa həddindən artıq kəskin reaksiya verməklə qoruya bilər. Hər iki halda, nikotin COVID-19-a yoluxduqda bədənə faydalı təsir göstərə bilər.
Bu versiyaları sınaqdan keçirmək üçün alimlər nikotin plastrlarını reanimasiya şöbələrində və palatalarda olan yoluxmuş xəstələrə yapışdırmaq qərarına gəlib. Plastrları həkimlər də istifadə edəcək.
Həkimlər siqaretin sağlamlığa ciddi zərər verdiyini xatırladaraq onu çəkməməyə çağırırlar.
Bu, siqaretin təsiri barədə aparılan ilk araşdırma deyil. Bundan əvvəl Pier və Mariya Küri Universitetinin alimləri oxşar nəticələrə gəlmişdi. Xəstəxanaya yerləşdirilən 11 min xəstənin yalnız 8,5% -nin hədsiz siqaret çəkdiyi iddia edilmişdi. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 25 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun