Koronavirusa görə kimlər risk qrupundadır? - FOTO

Koronavirusa görə kimlər risk qrupundadır? - FOTO
Koronavirus hər yaşda, hər vəziyyətdə insana təsir edə bilər. Ancaq səhhətində problem olanlarda və müəyyən yaşlı insanlarda yoluxmanın nəticəsi daha ağır olur.
Bəs belə vəziyyətdə insanlar nə etməlidir?
"HaberGlobal" bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edib.
Kimlər yüksək risk qrupuna daxildir?
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOYaşı 70-dən yuxarı olanlar yüksək risk qrupuna daxildirlər. Bundan başqa yaşları 70-dən aşağı olsa da, xroniki ağciyər xəstəlikləri, xroniki ürək xəstəlikləri, xroniki böyrək xəstəlikləri, hepatit kimi xroniki qaraciyər xəstəlikləri, Parkinson, dağınıq skleroz, serebral iflic kimi xəstəliklər, diabet, dalaq xəstəlikləri, QİÇS kimi xəstəliklərdən əziyyət çəkənlər də ehtiyatlı olmalıdırlar. Bundan başqa dalaq əməliyyatı edənlər, kimyəvi terapiya səbəbindən immuniteti zəifləyənlər, artıq çəkidən əziyyət çəkənlər və hamilə qadınlar risk qrupundadır.
Yaşı 70-dən yuxarı olanlar üçün karantin vacibdirmi?
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOMütəxəssislər yaşı 70-dən yuxarı olanların evdə qalmasını, xüsusən də adamların çox olduğu qapalı yerlərə getməkdən çəkinməyi tövsiyə edirlər.
Belə insanlar tək yaşayırlarsa, tanıdıqlarına, yaxud qohumlarına vəziyyəti bildirməli, alış-veriş kimi ehtiyaclar üçün yardım istəməlidirlər. Bundan başqa ailələrə də yaşı 70-dən yuxarı olan tanıdıqlarına mütəmadi zəng edib hal-əhval tutmaları tövsiyə olunur.
Xroniki xəstəlikləri olanlar nə etməlidir?
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOYüksək təzyiq, ağciyər xəstəlikləri, zəif immun sistemi kimi problemi olanlara virus yoluxarsa ciddi problemlər yarana bilər. Bu səbəbdən tədbir kimi həmin şəxslər evdə özlərini təcrid etməli, adamların çox olduğu yerlərə getməməli, sosial məsafəyə diqqət etməlidir. 
Adi soyuqdəymə olsa belə qətiyyətlə evdə qalmaları və istirahət etmələri tövsiyə olunur. Simptomlar ağırlaşarsa və yeddi gün ərzində özlərini yaxşı hiss etməzlərsə, tibbi müəssisəyə müraciət etməlidir.
Şəkər xəstələri nə etməlidir? 
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOBirinci və ikinci tip diabet xəstələri daha böyük risk altındadırlar. Həkimlərin sözlərinə görə, diabet xəstəliyi olanlar öskürək, yüksək temperatur simptomları ilə yanaşı nəfəs almaqda da çətinlik çəkirlərsə mütəmadi qan şəkəri yoxlanılmalı, yeddi gün evdən bayıra çıxılmamalıdır. Xəstəxanalara, yaxud aptekə getmək olmaz. Vəziyyət yeddi gün ərzində düzəlməzsə, telefonla müvafiq tibbi qurumlara zəng eləmək lazımdır.
Hamilələr qorxmalıdırmı?
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOHamilələrin körpələrinin virusa yoluxduğu halı hələ təsbit olunmayıb. Ancaq bununla belə mütəxəssislər hamilələrə diqqətli olmalarını və sosial təması dayandırmaları barədə xəbərdarlıq ediblər.
Siqaret çəkənlər də risk qrupuna daxildir?
Koronavirusa görə kimlər risk qrupundadır? - FOTOHəkimlər ümumiyyətlə siqaretin tərgidilməsinin, ya da ən azı azaldılmasını tövsiyə edirlər. Belə ki, siqaret çəkənlərin nəfəs yolu infeksiyalarına yoluxma ehtimalı digərlərindən iki dəfə artıqdır və asanlıqla sətəlcəm ola bilərlər. Onlar koronavirusa yoluxmadan öncə bu zərərli vərdişdən əl çəkməli və ağciyərdə virusa qarşı immuniteti artırmalıdırlar.

Maraqlı       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou ən son xeberler son xəbərlər bugün 2026 en son xeberler bu gun