Koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirrini bölüşdü - VİDEO
Koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirrini bölüşdü - VİDEO
Nyu-Yorkda koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirri ilə bölüşüb.
Bu barədə "Associated Press" xəbər yayıb.
Anna Fortunato xəstəliyin ilk simptomlarını martın 13-də hiss edib, lakin bunun adi soyuqdəymə olduğunu düşünərək, əhəmiyyət verməyib. Bir neçə gündən sonra vəziyyəti ağırlaşan qadın təcili yardımla xəstəxanaya çatdırılıb.
Təhlillər zamanı onun SARS-CoV-2-yə yoluxduğu məlum olub. Fortunatonun astmadan əziyyət çəkməsi isə onun vəziyyətini daha da ağırlaşdırıb.
İki həftə xəstəxanada yatan qadın malyariya əleyhinə və koronavirusa qarşı effektivliyi hələlik rəsmən təsdiqlənməyən "Hidroksixlorixin" preparatını qəbul edib. 13 gündən sonra isə o, sağalaraq xəstəxanadan evə buraxılıb.
Fortunato tibb işçilərinin onun sağalmasını möcüzə kimi qiymətləndirdiklərini bildirib. Yaşlı qadın koronavirusa yoluxan digər xəstələrə müraciət edərək, onları ümidlərini itirməməyə çağırıb:
"Mübarizə aparın, nikbinliyi itirməyin və dua edin. Həmçinin çarpayıdan qalxın, bütün vaxtınızı uzanmaqla keçirməyin. Əgər mən bacarmışamsa, siz də qalib gələ bilərsiniz".
/oxu.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb