Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı: "Elə bil marafondayam" - FOTO
Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı: "Elə bil marafondayam" - FOTO
Koronavirus infeksiyasına yoluxan britaniyalı xəstəliyin necə keçdiyi barədə təəssüratlarını bölüşüb. Bu barədə "Daily Mirror" xəbər yayıb.
Birinci tip şəkərli diabetdən əziyyət çəkən 39 yaşlı kişi xəstəliyin ilk simptomlarını martın 4-də hiss edib. Onun başı ağrıyıb, ağciyərlərində ağrı yaranıb, sonra isə nəfəs almaqda çətinlik çəkib. Qəfil ürəkkeçmədən sonra britaniyalı kişi həkimə müraciət etməli olub.
Tibb işçiləri ilk öncə onun qripə yoluxduğunu ehtimal edərək inhalyator və "Tamiflu" preparatı təyin edərək, evə yollayıb. Ancaq səhhəti pisləşərsə, həkimə bir daha müraciət etməsi barədə xəbərdarlıq edib.
"Mən yenidən həkimlərə müraciət etməli oldum. Nəfəs almaq çox ağrılı idi. Ayaqyoluna gedəndə sanki marafon məsafəsi qaçırdım", - deyə kişi bildirib.
Xəstəxanaya ikinci müraciətindən sonra onda COVID-19 virusu müəyyən olunub. Britaniyalı iddia edir ki, xəstəlik heç də qripə bənzəmir. O, ağciyərlərində ağrıdan şikayət edərək, bunu soyuq havada uzun müddət olduqdan sonra yaranan xoşagəlməz hissə bənzədib. O, inhalyator istifadəsi zamanı ağrının daha da şiddətləndiyini bildirib.
Hələ ki, xəstəliyi yüngül keçən britaniyalı və ailəsi ev karantinindədir. O, mütəmadi olaraq qanın oksigenlə doyma dərəcəsini izləmək məcburiyyətindədir. Britaniyalının sözlərinə görə, bu göstəricinin azalması halında xəstəxanaya yerləşdirmə, oksigen terapiyası və hətta intubasiya tələb oluna bilər.



Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb