Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunu

Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunuKoronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunu"
İspaniyada aparılan elmi araşdırma Bizans İmperiyası dövründə İstanbulda yaşanan taun epidemiyası ilə koronavirus arasında əlaqə üzə çıxarıb.
Bu barədə "El Pais" nəşri məlumat yayıb.
Prokopi adlı bizanslı tarixçinin yazdığına görə, İstanbul həmin dönəmdə xəstəlik səbəbindən karantinə götürülüb. Araşdırma VI əsrdə Bizans İmperatorluğu dövründə İstanbulda yayılan bubon taunu epidemiyası ilə koronavirus epidemiyası arasında əlaqə olduğunu müəyyən edib.
Bizans İmperatoru I Yustinianın adı ilə yaddaşlarda qalan epidemiya dövründə İstanbulda bu gün yaşanan hadisələrlə paralel təşkil edən proseslər cərəyan edib.
Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunuBizans tarixçisinin qeydlərini araşdıran Barselona Universitetinin alimi Sales Karbonel taun epidemiyası dövründə şəhərdə "mütləq məhdudiyyətlər və izolyasiya" tətbiq edildiyini vurğulayıb.
"Xəstə insanlar üçün karantin məcburi idi. Ancaq digər insanlar da öz sağlamlığı üçün əksər hallarda özünü təcrid etməyi seçirdi", - deyə alim bildirib.
Sözügedən epidemiya 541-ci ildə Misirdə ortaya çıxıb və təxminən bir il sonra İstanbula çatıb, dörd ay müddətində şəhərdə dağıdıcı izlər buraxıb.
Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunuTarixçi Prokopinin "Savaşların tarixi" adlı kitabından qeyd: "Həyəcan təbili Misirdən başladı. Oradan da sürətli və ölümcül bir şəkildə yayıldı. Bu xəstəlik bütün bəşəriyyətə hücum etdi. Xəstəlik sanki bir yeri yaddan çıxarmaqdan narahat olurmuş kimi dünyanın bütün yerlərinə yayıldı".
Prokopi İstanbulla bağlı isə bu fikirləri vurğulayıb: "İstanbulda insanları kütləvi yerlərdə görmək asan deyildi. Xəstə olmayan hər kəs evlərinə çəkilmiş, ya xəstələrinə qayğı göstərir, ya da ölülərinə ağlayırdı".
Bizans tarixçisi həmçinin, iqtisadiyyatın və həkimlərin vəziyyətinə də diqqət çəkib: "Küçələrdəki aktivlik tamamilə dayanmışdı. Sənətkarlar əllərindəki işi buraxmışdı. Bir çoxları onlara baxacaq kimsə olmadığı üçün öldü. Təbiblər kədərdən və yorğunluqdan pərişan olmuşdu. İnsanlar onların bu halına xəstələrdən daha çox məyus olurdular".
Prokopi qeyd edib ki, xəstəliyin tüğyan etdiyi zirvə nöqtəsində ölü sayı İstanbulda 10 minə qədər yüksəlib. Bu zaman cənazə mərasimi olmadan bir çox insan toplu şəkildə də dəfn edilib.
Xatırladaq ki, tarixçinin barəsində bəhs etdiyi epidemiya dünyada 25 milyon insanın ölümünə səbəb olub.Koronavirusla 1500 il əvvəl İstanbulda baş verənlərin bənzərliyi: "Yustinian taunu

Maraqlı       Tarix: 24 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az cebheden xeberler maraqlı xəbərlər krimnal xeber