Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? - AÇIQLAMA

Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? - AÇIQLAMA Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? - AÇIQLAMA
1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan həkimlər pandemiya dövründə çalışdıqları üçün onlara ödənilməli olan əlavələri almadıqlarını deyirlər.
Bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd olunub. 1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan tibb işçiləri iddia edir ki,COVID-19 infeksiyasına yoluxan xəstələrlə işləyən personala yalnız iyun ayında əlavələr ödənilib:
"Bəzi tibb işçilərinə heç iyun ayında da ödəniş edilməyib. Lakin iyul-avqust ayları üzrə heç bir əlavə ödənişlər almamışıq. İyul-avqust aylarının ödənişinin hansı səbəbdən köçürülmədiyini bilmirik. Bizə nə klinikadan, nə də aidiyyəti qurumdan heç bir məlumat verilmir. Problem tək bizdə yox, ümumi personalda da belədir. Həyatımızı riskə atırıq, əziyyət çəkirik, gecəmiz-gündüzümüz yoxdur. Bu bizim peşə borcumuzdur, canla-başla görürük, bizi də düzgün başa düşün. Amma bizim də ailəmiz var, övladlarımız var. Neçə aydır onlardan uzaqda, gərgin iş rejimində çalışırıq, haqqımız olandan artıq heç nə tələb etmirik. Ölkə başçımız bizim zəhmətimizi yüksək qiymətləndirib və zəruri tapşırıqlarını verib. Biz də aidiyyəti üzrə haqqımız olan əlavə ödənişlərin verilməsini istəyirik".
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il 18 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən iyul, avqust və sentyabr aylarında da yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi barədə qərar verilib:
"Müddətli əlavənin ödənilməsi ilə bağlı bundan əvvəl verilən müvafiq qərarlar isə mart, aprel, may və iyun aylarını əhatə edirdi. Nazirlər Kabinetinin cari ilin 18 avqust tarixli Qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə 15 min 200 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 19,1 milyon manat məbləğində müddətli əlavə ödənilib.
Hazırda iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi prosesi davam edir. İyul ayı üzrə ödənişlər başa çatdıqdan sonra isə dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq avqust ayı üzrə də ödənişlərə başlanılacaq".
Agentlikdən iyun ayında neçə tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənildiyinə dair suala isə belə cavab verilib:
" İyun ayı üzrə 1 saylı Kliniki Tibbi Mərkəzin 1 237 nəfər tibb və qeyri-tibb işçisinə 1 milyon 72 min 883 manat qəpik müddətli əlavə ödənilib. Məlumat üçün bildirək ki, iyun ayı üzrə ümumilikdə 14 min 784 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18,2 milyon manat məbləğində müddətli əlavə ödənilib".
Könül Cəfərli 

Sosial       Tarix: 09 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri valyuta mezennesi ensonxeberler metbuat