Koronavirusun alimləri çaş-baş qoyan xüsusiyyəti açıqlandı
Koronavirusun təbiətində elmə məlum olmayan bir mexanizm var. Belə ki, pandemiyanın hansısa mərhələsində yoluxma qəfil azalır, sonra yenidən artmağa başlayır.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın N.F.Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn bildirib.
"Niyə yüksəlməsi başa düşüləndir – bu epidemiya prosesdir: virus həssas ev sahibi tapır və yayılır. Bəs niyə xəstələnmə dalğasında qəfil azalma olur?", – deyə o, təəcübünü bildirib.
Epidemioloqun fikrincə, bu, epidemiyanın müəyyən mərhələsində virusun yoluxuculuğunu azaldan mexanizmlə izah oluna bilər.
"Məsələn, virus nə qədər sürətli çoxalırsa, onun genomu neytral və zərərli mutasiyalar nəticəsində bir o qədər çox zədələnir, bu da onun yoluxuculuğunu azaldır. Belliklə, yoluxma azalır. Sonra yeni variant gəlir və dalğa yenidən davam edir", – o, düşüncələrini bölüşüb.

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto