Koronavirusun müalicəsində İNQİLAB: 100 milyon...
ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirus xəstələrinin müalicəsi üçün yeni hüceyrələrə çevrilmək və özlərini bərpa etmək qabiliyyətinə sahib mezenximal kök hüceyrələrin istifadəsini ehtiva edən klinik araşdırmanı təsdiqləyib.
Milli.Az xəbər verir ki, bu barədə "Clinical Trials Arena" saytı məlumat yayıb.
Bildirilib ki, Texas ştatında yerləşən "Hope Biosciences" şirkətinin ikinci mərhələ kliniki sınaqlar üçün müraciəti qəbul edilib. Şirkət Hyuston şəhərindəki River Oaks xəstəxanasında keçiriləcək sınaqlarda COVID-19 müalicəsi alan 110 xəstəyə yağ mənşəli mezenximal kök hüceyrələri ilə (HB-adMSCs) başqa müalicə üsulu tətbiq ediləcək. Xəstələrə 10 günlük periodda 4 dozada 100 milyon mezenximal kök hüceyrəsi inyeksiya olunacaq.
Şirkətin qurucusu və İdarə heyətinin sədri Donna Çanq müalicənin hədəfinin kliniki vəziyyəti ağır xəstələri süni tənəffüs aparatları qoşulmadan sağaltmaq olduğunu deyib: "Mezenximal kök hüceyrə tətbiq edilən xəstənin immun sisteminin koronavirusun verdiyi zərərə müqavimət göstərməsini və hüceyrələrin yenilənməsini təmin etməyi istəyirik. Xəstələri süni tənəffüs aparatına bağlanmaqdan xilas edə bilsək, həyatda qalma şanslarını artıra bilərik". (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ