Koronavirusun süni tənəffüs cihazı olmadan müalicəsi tapıldı
Rusiyada helium-oksigen qarışıqlı inhalyasiyalardan sonra 50 koronavirus pasiyentindən yalnız birinə süni tənəffüs cihazı qoşmaq lazım gəlib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya İmmunoloqlar Elmi Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev jurnalistlərə açıqlamasında bildirib.
"Sistem Komi Respublika Xəstəxanası əsasında bəyənilib. Bizdə 50 xəstə var idi. Onların hamısı sağ qaldı, bunlar ağır xəstələr idilər. Xəstələrdən yalnız biri süni tənəffüs cihazına qoşuldu. Sıktıvkarda respublika xəstəxanasında təcrübə müsbət nəticə verdi, indi istehsal gedir", - Çereşnev deyib.
O qeyd edib ki, süni tənəffüs cihazı orqanizmə kifayət qədər ağır yüklənmədir. COVID-19 zamanı inkişaf edən pnevmoniya fonunda tənəffüs kəskin azaldıqda, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı süni tənəffüs cihazını əhəmiyyətli dərəcədə üstələyir.
Valeri Çereşnevin sözlərinə görə, mikrobioloqlar əvvəlcə bu cür inhalyasiyalarda istifadə olunan cihazları təkmilləşdirməyə qərar veriblər. (ölkə.az)
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar