Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTO
Kral III Çarlzın tacqoyma mərasimindəki tortu türk şirkəti hazırlayıb - FOTO
Britaniya kralı III Çarlzın tacqoyma mərasimi üçün hazırlanan tort "Ülker" ailəsinə məxsus olan və bir çox kral tədbirlərində kəsilən tortların müəllifi olan "McVities" şirkəti tərəfindən ərsəyə gəlib.
Bu barədə "Yıldız Holdinq"in İdarə Heyətinin sədri Ali Ülkər açıqlama verib.
İngiltərə Kralı III Çarlzın Londondakı tarixi Vestminster abbatlığında keçirilən tacqoyma mərasimində təmsilçi kimi Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay da iştirak edib.
Mərasimdə hazırlanan tort isə türk firmasına məxsus olub.
"Ülker" ailəsinin 2014-cü ildə təxminən 3 milyard dollara satın aldığı "United Biscuit" İngiltərə tarixinə imza atmağa davam edir. "United Biscuit"in flaqman markalarından biri olan və kral ailəsinin şirniyyatçısı kimi tanınan "McVities" bu dəfə də kral ailəsinin tacqoyma mərasiminə damğasını vurub.
"McVities" Kraliça Elizabetin doğum günləri də daxil olmaqla bir çox tədbirlərdə tortların hazırlanmasının həvalə olunduğu şirkətdir.
"Ülker" özünün "LinkedIn" səhifəsində bununla bağlı paylaşım edib.
"Aşpaz Robert Craggs tərəfindən keçmiş illərdə hazırlanmış kral tortlarından ilhamlanaraq ərsəyə gətirilmiş bu tort tacqoyma mərasimlərinə xas olan kraliyyət simvollarından ibarətdir. Kraliyyət tarixçisi və mükafata layiq görülmüş iki şirniyyatçı ilə əməkdaşlıq şəraitində hazırlanan meyvə tortunun üstündə xüsusi bəzəklər də var. Bu tarixi gündə yüzlərlə qonağa təqdim edilən tortun memarları olan "McVities" komandasını təbrik edirəm. Belə mühüm tarixi günün bir hissəsi olmaq möhtəşəm duyğudur", - deyə o qeyd edib.


Mənbə: Haber Global / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR