Kremldən Paşinyanın "müharibə başlayacaq" sözlərinə CAVAB: "Rusiya ilə əlaqəsi yoxdur"
"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiya ilə heç bir əlaqəsi yoxdur".
KONKRET.az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Teleqram" kanalında yazıb.
"Avropa Birliyi, NATO və Vaşinqtondan olan yeni kuratorlar işi hansı həddə çatdırıblar? Xahiş edirəm nəzərə alın: bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir", – deyə XİN sözçüsü qeyd edib.
Qeyd edək ki, bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyan sərhədyanı kəndlərin sakinləri ilə söhbəti zamanı bəyan edib ki, İrəvan bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı Bakının tələblərinə əməl etməsə, o zaman müharibə başlayacaq.
Xatirə SADİQ,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək