Laçına aparan yol - İlham Əliyevin qətiyyətinin təntənəsi

Laçına aparan yol - İlham Əliyevin qətiyyətinin təntənəsi23 aprel 2023-ci il: bu, Qarabağda erməni planlarının tarixin zibilliyinə atıldığı təqvimdir. Həm də Azərbaycanın 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirməsi, münaqişə başa çatsa da, suveren ərazilərimizdə separatçılığı təşviş edənlərin oyunlarının pozulması günü olaraq tarixə keçdi.
– "Laçın dəhlizi" məsələsi praktiki olaraq sıradan çıxarıldı;
– Ermənilərin hazırda yaşadığı, Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasına doğru həlledici addım atıldı;
Münaqişənin başlandığı günlərə boylananda Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsinin sıradan məntəqə olmadığını, artıq həll olunmuş, lakin revanşist qrupların və bölgədə maraqlı qüvvələrin bitmədiyini iddia etdiyi problemin kökündən həll edilməsi, suveren ərazilərimizdə qondarma rejimi "tərəf" kimi sırımaq istəklərinin alt-üst edilməsi olduğunu görmək mümkündür. Çünki "Laçın dəhlizi"  Qarabağı Ermənistana bağlayan adi yol yox, ermənilərin "müstəqillik", "öz müqəddəratını təyin etmə", "dövlət olmaq" kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi.
Azərbaycan ermənilərin Qarabağ iddiasında "çıxış yolu" kimi gördükləri "Laçın dəhlizi" anlayışını ləğv etdi. Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan prinsipial siyasətinin nəticəsidir. Azərbaycan liderinin strateji addımlarını nəzərdən keçirəndə bunu daha aydın görmək olur.
Laçına aparan yol - İlham Əliyevin qətiyyətinin təntənəsi44 günlük müharibənin başa çatdığı vaxt – 2020-ci ilin 10 noyabr bəyanatının imzalanmasında Ermənistan "Laçın dəhlizi"nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və "Qarabağ iddiası"nı saxlamağa planlaşdırırdı. Kulislərdə gərgin danışıqlar gedir, belə demək mümkünsə, döyüş hərbi müstəvidən masaya keçmişdi. Hərbi müstəvidə müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatik müstəvidə də barışmaz və sərt mövqeyi ilə qələbəni təmin etdi:
– Dəhlizin 5 kilometr enində olmasına nail oldu;
– 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarını bəyanata daxil etdi;
Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib:
Birincisi, Laçının mərkəzi heç bir itki vermədən azad olundu;
İkincisi, yeni yolun istifadəyə verilməsi "dəhlizin 5 kilometrlik eni" məsələsini də praktiki olaraq arxa plana keçirdi;
Ermənistan üçtərəfli bəyanatdakı digər öhdəliklərində olduğu kimi, bu öhdəliyini də yerinə yetirmək istəmirdi. Öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngitdi, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı.
Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. Ardınca Ermənistanın törətdiyi təxribatlara adekvat cavablarla bu tələbinin qəbul edilməsinə nail oldu. Və 21 sentyabr 2022-ci il tarixində müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatiyanın da qalibi kimi Laçın şəhərinə daxil oldu, şəhərin mərkəzində üçrəngli bayrağımızı ucaltdı.
Əliyevin dərin strategiyasında Laçın Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri hesab edilə bilər. Laçının azad edilməsinin iki strateji əhəmiyyəti var idi:
1. Ermənistanla sərhədi təmin etmək və Qarabağ məsələsini praktiki olaraq da daxili işimizə çevirmək;
2. Suverenliyimizə təhdid oln erməni iddialarının "çıxış yolu" olan "Laçın dəhlizi"ni sıradan çıxarmaq və üçrəngli bayrağımızın Xankəndində dalğalanmasına doğru gedən yolda həlledici addımı atmaq;
Bütün bunlar 44 günlük müharibədən sonra başlanan diplomatik döyüşün mərhələləridir və Prezident İlham Əliyevin bu döyüşdə də Azərbaycanı qalib etmək üçün tətbiq etdiyi strategiya beynəlxalq münasibətlər elminin araşdırma mövzusu hesab edilə bilər.
Laçın yolunun marşrutunun dəyişməsindən sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz "ordu" formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınır.
Rəsmi Bakı Rusiya sülhməramlıları başda olmaqla bu qanunsuz fəaliyyətdə iştirak edənlərin hamısına dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmadı. Bu vəziyyət Azərbaycan ictimaiyyətində də haqlı qəzəb doğururdu. Və nəhayət, ekofəalların Laçın-Xankəndi yolunda etiraz aksiyasının başlanması ermənilərin qanunsuz əməllərinin önündə səddə çevrildi, eyni zamanda, Qarabağda situasiyanı tamamilə dəyişdi.
Laçına aparan yol - İlham Əliyevin qətiyyətinin təntənəsiPrezident İlham Əliyev ilin əvvəlində – 10 yanvar tarixində yerli telekanallara müsahibəsində Laçın yolunda ekofəalların aksiyasına münasibət bildirərkən, belə demişdi: "Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə – müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq".
Bu, yeni vəziyyət Azərbaycan liderinin yaratdığı reallıq idi.
– Laçın Azərbaycana qaytarıldı və ordumuz Ermənistanla sərhədə çıxdı;
– Ermənilərin Ermənistana əsas çıxışı olan Laçın yoluna vizual nəzarət artırıldı;
– Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət əldə edildi;
Laçına aparan yol - İlham Əliyevin qətiyyətinin təntənəsiBu yeni vəziyyətdə nə Qarabağdakı separatçılar, nə də ermənilərin havadarları əməllərindən əl çəkdilər.
Separatçılar nəzarətsiz qalan torpaq yollarla Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirir, ermənilərin havadarları isə ekofəalların aksiyasına görə Azərbaycana böyük miqyasda təzyiq edirdi. Və istisna deyil ki, İlham Əliyevin yerində başqa biri olsaydı, bu təzyiq dalğasının qarşısında duruş gətirə bilməzdi. Azərbaycan qaranlıq 90-cı illərdə bunu zaman-zaman yaşayıb. Lakin İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini hələ 44 günlük müharibədən öncə elan etmişdi və bu prinsipial mövqeyindən sona qədər geri çəkilmədi. Bu prinsipiallıq təzyiq dalğasını da nəticəsiz etdi.
Azərbaycan lideri yeganə həll yolunu təqdim edir: suveren ərazilərimizdə yalnız üçrəngli dövlət bayrağımız dalğalanacaq, Qarabağdakı ermənilər reinteqrasiya prosesini qəbul etməli və daha yaxşı yaşamaq üçün vətəndaşlığı qəbul etməlidirlər;
Rəsmi Bakı bununla bağlı iki istiqamətdə addım atdı:
1. Qarabağdakı ermənilərə Bakıda görüşmək, reinteqrasiya prosesini müzakirə etmək təkliflərini verdi: bu, Azərbaycanın öz vətəndaşı kimi gördüyü ermənilərin hüquq və təhlükəsizliyinə əhəmiyyət verdiyinin nümunəsidir, hərçənd, ermənilər bundan imtina etdilər;
2. Ermənilərin nəzarətsiz qalan torpaq yollardan qeyri-qanuni daşımalarının qarşısını almaq məqsədilə bu yolları nəzarətə götürdü: bununla separatçıların xarici aləmlə bağlantıları tamamilə Azərbaycanın nəzarətinə keçdi;
Və Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində bəyan etdi ki, "separatçılar ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər".
Bu, Azərbaycanın son seçim şansı verməsi deməkdir və Prezidentin bu bəyanatından sonra Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda prosesin tamamlanması deməkdir:
– Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və suverenliyimizə qarşı istənilən təhdid qətiyyətlə alınacaq;
– Qarabağdakı ermənilərin bölgədə yaşamaq üçün yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir, separatçıların istənilən cəhdi yalnız erməni əhalisinə zərbə vurur;
– Xankəndindəki "təlxəklər toplusu"nu – separatçıları heç bir qüvvə artıq xilas edə bilməz və onlar ya təslim olmalı, ya da rədd olub getməlidirlər;
Və şübhə yoxdur ki, Prezident İlham Əliyevin bu nəticələri yaradan qətiyyətli siyasəti Qarabağın bütün güşələrində üçrəngli bayrağımızı dalğalandıracaq.
Asif Nərimanlı / konkret.az

Siyasi       Tarix: 25 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan parlamentinin ilk iclasına Həsənov sədrlik edəcək: II Qaregin…

Ermənistanın yeni parlamentinin ilk iclası 3 avqusta planlaşdırılıb. -a istinadən xəbər verir ki, "Hraparak" qəzetinin məlumatına görə, ənənəyə uyğun olaraq, iclasa parlamentin ən yaşlı üzvü Knyaz Həsənov sədrli

Prezidentin Lyayenlə geniş tərkibdə görüşü oldu

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaş

Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi

Avropa İttifaqı Şurası 6 nəfər rusiyalı alim və tədqiqatçıya sanksiya tətbiq edib. apa-ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının saytında qeyd olunub. Bildirilib ki, sözügedən şəxslər rusiyalı müxalifətçi Alekse

Xankəndi Bəyannaməsi qəbul edildi

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində tədbir iştirakçıları elm, təhsil, dil, mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində türk dövlətləri arasında əməkdaşlığı

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Rusiyada ermənilər "sıradan çıxdı" – yerini azərbaycanlılar tutur

"Məni iqtisadiyyat barədə təsəvvürlərimiz sadəcə heyrətləndirir. Elə vəziyyətə çatmışıq ki, artıq iqtisadiyyatı da "Rusiya yönümlü" və "Qərb yönümlü" kimi ayırırıq". -a istinadən xəbər veri

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun1-də Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcəyeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisədir. Həmin gün AzərbaycanRespublikasını

Leyla Əliyeva Yevlaxda "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarə

ABŞ helikopteri qəza keçirdi: İtkin düşənlər var

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS George H.W. Bush" təyyarədaşıyan gəmisinə təhkim olunmuş "MH-60S Seahawk" helikopteri Ərəbistan dənizində qəzaya uğrayaraq suya düşüb. Bu barədə ABŞ-nin Beşinc


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber cəbhədən son məlumat son.xeber hava proqnozu