Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu - FOTO
Latviya prezidenti piyada keçidində maşının altında qalmaqdan son anda xilas oldu - FOTO
Latviya Prezidenti Edqars Rinkeviç və onun mühafizəçiləri piyada keçidində avtomobilin təkərləri altına düşməkdən son anda qurtulublar.
Bu barədə Latviya radiosunun xəbər xidmətinin rəhbəri və avtomobilin sükanı arxasında olan Ugis Libietis bildirib. Onun sözlərinə görə, prezidentin ayaqları üstündən keçmək üzrə olub və avtomobilini son anda saxlaya bilib.
"Cənab Prezident, küçəni keçməzdən əvvəl sağa-sola baxmaq lazımdır! Eyni şey cangüdənlərə də aiddir", - deyə o əlavə edib.
Prezident isə hadisəyə yumorla yanaşıb və jurnalistlərin "onun üstünə düşmək" cəhdlərinə işarə edib.
"Mən bunu çoxdan demək istəyirdim: mətbuat mənim üstümdən keçməyə çalışır", - deyə o bildirib.
Hadisəni şərh edən istifadəçilərin fikirləri ikiyə bölünüb. Bəziləri cangüdənləri belə riskə yol verdiyinə görə qınayıb, digərləri isə jurnalisti tənqid edərək avtomobilini "prezidentin ayaq barmaqlarının ucunda" yox, piyada keçidinin qarşısında yavaşlamalı olduğunu bildiriblər.
Mənbə: Nashaniva.com / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR