Lavrov: Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməsinə qərar vermişdi
Lavrov: Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməsinə qərar vermişdi
Qarabağ münaqişəsinin həllində maraqların real balansı nəzərə alınmalıdır.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Yerevanda keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, tərəflər özləri məsələni koordinasiya etməli və tərkibi müəyyənləşdirməlidirlər.
S.Lavrov xatırladıb ki, Qarabağda hərbi əməliyyatlar dayandırıldıqda, danışıqların iştirakçısı olub.
"Lakin bəzi mərhələlərdə Ermənistan prezidentlərindən biri Yerevanın Qarabağın maraqlarını təmsil etməyə qərar vermişdi", - deyə S.Lavrov əlavə edib.
Rusiyanın baş diplomatı söyləyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri prosesi yalnız ümumi razılıq çərçivəsində təmin edə bilər.
"Biz həmsədrlər olaraq prosesin yalnız ümumi razılıq çərçivəsində getdiyini təmin edə bilərik. Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir tənzimləmədən söhbət gedə bilməz", - deyə S.Lavrov əlavə edib.
Onun sözlərinə görə, ərazi bütövlüyü prinsipləri, xalqların öz müqəddəratını təyin etmə və sülh yolu ilə həll tərəflər arasında baş tutan müzakirələrdə öz əksini tapıb.
"Son tənzimləmə bütün prinsipləri nəzərə almalıdır. Heç kim bununla bağlı mübahisə etmir. Qalanları danışıqların məsələsidir. Diplomatiya sənəti güzəştdir. Biz həmsədrlər olaraq güzəştlərin real maraq balansını əks etdirməyə çalışırıq".
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı