Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm

Leonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəmLeonid Kalaşnikov: Armavirdə Njdenin şərəfinə qoyulan lövhə yığışdırılmayınca sakitləşməyəcəm
Yerevanda bir müddət əvvəl baş tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurası və Parlament Assambleyasının iclasları Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun Ermənistana gəlməsi səbəbindən ən yüksək gərginliklə yadda qalıb. 
Media.Az-ın bundan əvvəl verdiyi məlumata görə, rusiyalı deputat Rusiyanın Armavir şəhərində Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə şəxsən məşğul olacağını vəd edib. 
Buna cavab olaraq, hətta o, fiziki zorakılıqla hədələnib və bəzi "kədərli nəticələr" işarə edilib. Bundan əlavə, rusiyalı deputatın ölkədən çıxarılması üçün çağırışlar edilib. Ancaq heç bir erməni jurnalist Leonid Kalaşnikova nasist Qaregin Njdeyə münasibətini soruşmayıb.
Bununla bağlı Media.Az-a açıqlamasında Rusiya Dövlət Dumasının komitə sədri şəxsən danışıb. 
- Siz Yerevanda keçirilən KTMT iclasında iştirak etdiniz. Sizin səfərinizə qədər erməni sosial şəbəkələrində ünvanınıza təhdidlər səsləndirilirdi, Qaregin Njdeyə qarşı mövqeyinizə görə sizi deportasiya etmək çağırışı edilirdi. Hansısa aqressiya ilə qarşılaşdınız? 
- Xeyr, bütün bu çağırışlara və hücumlara baxmayaraq, nə jurnalistlər, nə də hakimiyyət narazılıq bildirdi. Rəsmi qərəz olmadı. Bundan başqa, mənə bununla bağlı sual verilmədi (Qaregin Njde ilə bağlı – red.). Görünür, başa düşdülər ki, mən dürüst və birbaşa cavab verəcəm. Məndə ikili yanaşma yoxdur, əgər erməni jurnalistlər soruşsaydılar, eyni mövqe sərgiləyərdim. 
- Ermənistan KİV-də ölkənin KTMT-dən çıxması ilə bağlı çağırışlar səsləndirilir və bildirirlər ki, təşkilat onlara kömək etmir. Siz Yerevanda əhval-ruhiyyəni hiss etdinizmi? 
- Mən belə bir şey hiss etmədim. Əlbəttə, Ermənistanda KTMT-dən çıxmağın tərəfdarı olan müəyyən qüvvələr var, amma bu rəsmi mövqe deyil. KTMT-nin, Rusiyanın dəstəkləməsi Ermənistan üçün ölüm və olum məsələsidir. KTMT və Rusiya olmadan Ermənistan var ola bilməz. Bütün bu hücumlar və çağırışlar (anti-Rus - red.) Ermənistanı həyati maraqlarından uzaqlaşdırır. Ona görə heç kim heç nədən çıxmayacaq. 
Mən erməni jurnalistlərə Azərbaycana silah tədarükü barədə də cavab verdim. Axı Ermənistana da silah tədarük edilir. Biz Ermənistana silah satanda azərbaycanlılar da qəzəblənir. Dedim ki, heç kimə silah satmamaq yaxşı olardı, əgər belə olubsa, onda sizə müttəfiq kimi, Azərbaycana tərəfdaş kimi təqdim edirik.
KTMT məsələsinə qayıdaq. Əgər Azərbaycan təşkilata qoşulmaq istəyirsə və bizim Bakı ilə ortaq maraqlarımız və məsələlərimiz varsa, Ermənistan buna qarşı olacaq və mən bunu da Yerevanda dedim. Mənə sual verən erməni jurnalistlər susdular. 
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri olaraq mənim üçün Qaregin Njdenin lövhəsi qırmızı əski kimidir. Onu yığışdırmayınca, mən sakitləşməyəcəm. 
Azərbaycan və Ermənistanla dostluq məsələsinə gəlincə, onlar mənim üçün eynidir. Ancaq Qaregin Njdeyə görə mən Ermənistandakı millətçilərin xeyrinə oynamayacam. /oxu.az

Siyasi       Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026