Lerikdə Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTO

Lerikdə Vətən Müharibəsi şəhidi Ruhid İslamlının adına bulaq istifadəyə verilib.
Azxeber.com xəbər verir ki, bulağın açılışında şəhid ailələrinin üzvləri ilə yanaşı, kənd sakinləri, ictimayyət nümayəndələri iştirak edib.
Mərasimdə qeyd olunub ki, Ruhid İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Hələ orta məktəb illərində öz yaşıdları arasında zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası isə vətənpərvərliyi ilə seçilib. Bir sıra idman növləri ilə - cüdo, tekvando, güləş, qaydasız döyüş, üzgüçülük və s. məşğul olub. O, həmçinin viktorinalarda , fənn olimpiadalarında, hərbi yarışlarda iştirak edərək, müxtəlif dərəcələr alıb. 2016-cı ildə Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alan Ruhid 2-ci kursdan universitetdə YAP Gənclər Təşkilatının sədri kimi fəaliyyətə başlayıb.
Ruhid 2020-ci ildə ali təhsilini başa vuraraq həmin ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Elə hərbi hissədə də bu həyat dolu gənc hər kəsin rəğbətini qazanıb. Gənc bir psixoloq kimi ehtiyacı olanlara yardımını əsirgəməyib. Ruhid İslamlı 44 günlük müharibənin birinci günündə ərizə yazaraq, ön cəbhəyə təyinat alıb. Xüsusi rabitəçi olan Ruhid kəşfiyyat əməliyyatlarına qatılmaqla yanaşı, açıq döyüşlərdə fərqlənib.
Ruhid İslamlı Talış kəndinin azad edilməsindən Murov zirvəsində gedən döyüşlərdə özünün əzmi ilə fərqlənib. O, 6 oktyabr 2020-ci ildə Goranboyun Gülüstan kəndi yaxınlığında, güclü strateji əhəmiyyətə və yülsəkliyə malik Çənlibel postunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
E.İslamlı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə (ölümündən sonra) təltif edilib.
Allah rəhmət eləsin!
Lerikdə Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTOLerikdə Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTOLerikdə Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTOLerikdə Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib - FOTO

Sosial       Tarix: 05 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler en son xeberler bu gun en son xeberleri xabarlar