Leyla Abdullayeva: 'Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz".
Azxeber.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri "Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir" söyləyib.
XİN rəsmisi qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:
"Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı