Leyla Abdullayeva: Paşinyanın fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur
Leyla Abdullayeva: Paşinyanın fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirib.
L.Abdullayeva bildirib ki, həmişəki kimi, Ermənistan baş nazirini anlamaq çox çətindir:
"Əlbəttə, Baş nazir N.Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə, gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N.Paşinyan hansı strategiyadan danışır?
Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın".
"Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də, Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə oz evlərinə geri qayıtmalıdırlar", - deyə XİN rəsmisi qeyd edib. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı