Leyla Əliyeva Bakı Kitab Mərkəzində "Tanımadığımız Konfutsi" adlı gecədə iştirak edib - FOTOLAR

Leyla Əliyeva Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu, Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 18-də Qədim Çin fəlsəfəsinə və mədəniyyətinə həsr olunmuş "Tanımadığımız Konfutsi" adlı gecə keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Gecədə çıxış edən Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey "Tanımadığımız Konfutsi" adlı kitab barədə danışıb.
Səfirin sözlərinə görə, əsər Azərbaycan oxucularına Konfutsi fəlsəfəsinə və Çin sivilizasiyasına yeni baxış bucağından yanaşmaq imkanı yaradır. O, Konfutsiliyin Çin mədəniyyətinə dərin təsir göstərdiyini və bu gün də onun ayrılmaz hissəsi olaraq qaldığını vurğulayıb.
Fəlsəfənin əsas prinsipləri haqda məlumat verən Lu Mey deyib: "Bura özünü inkişaf etdirmə, zəhmətkeşlik, insan və təbiət harmoniyası, ümumi rifahın təşviqi daxildir. Bir-birimizin dilini, tarixini və mədəniyyətini öyrənmək xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir və ortaq gələcəyə malik bir bəşəriyyət birliyinin formalaşmasına töhfə verir. Çin və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri 33 ildir ki, uğurla davam edir. Bu illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşmiş, xalqlarımıza konkret faydalar gətirən mühüm nəticələr əldə olunub. Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri və səfər çərçivəsində Sədr Si Cinpinlə imzalanan birgə bəyanat əsasında Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq qurulub. Bu sənəd ölkələrimiz arasında münasibətlərin yeni tarixi mərhələyə keçidini rəsmi şəkildə təsdiq edib. Xalqlar arasında təmaslar getdikcə daha da intensiv xarakter alır. Çin–Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi və əməkdaşlığın geniş spektrdə inkişafı üçün yeni imkanlar açacaq. Azərbaycanlı dostlarımızı Çinə səfər edərək Konfutsi fəlsəfəsini və zəngin Çin mədəniyyətini yaxından tanımağa və müasir Çin cəmiyyətinin dinamik inkişafını yerində görməyə dəvət edirik. Azərbaycanın milli dəyərlərinin qorunması, sosial-iqtisadi inkişafı və beynəlxalq mədəni əməkdaşlığın genişlənməsi sahəsində mühüm rola malik olan Heydər Əliyev Fonduna bir daha təşəkkürümüzü bildiririk. Fond uzun illərdir Çin ilə əməkdaşlığa sadiq qalaraq, ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə misilsiz töhfələr verib. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi dövlət başçılarımız tərəfindən əldə olunmuş razılaşmaların həyata keçirilməsi və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişafı naminə Heydər Əliyev Fondu və azərbaycanlı tərəfdaşlarla birgə işləməyə daim hazırdır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə qeyd edib ki, Konfutsi fəlsəfəsi Qədim Çin mədəniyyətinin əsas düsturudur. "Bu fəlsəfəni dərk etmək vacibdir. Onun fəlsəfəsində əsas məsələ etika və əxlaqdır. İnsaniyyət və nəciblik ön planda tutulur. Bu, çox maraqlı yanaşmadır. Belə anlayışlar Azərbaycan mədəniyyəti üçün də mühüm dəyərlərdir", - deyə İ.Məmmədzadə əlavə edib.
"Tanımadığımız Konfutsi" kitabının müəllifi, filosof Müşfiq Ötgün bildirib ki, əsər ilk dəfə 2016-cı ildə işıq üzü görüb. Kitabın mahiyyətindən söhbət açan müəllif deyib: "Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə doqquz ildən sonra kitabımın ikinci nəşri təqdim olunub. Bu, mənim üçün böyük fəxrdir. Kitabın adı və məzmunu klassik fəlsəfə dərsliklərində Konfutsiyə ayrılan hissələrdən tam fərqlidir. Konfutsi bəşəriyyətin böyük müəllimlərindən biridir və onun hikmətindən bütün dünya agah olmalıdır".
Tədbirin bədii hissəsində Konfutsi İnstitutunun tələbəsi Raziyə Əhədova Konfutsiyə aid aforizmləri Azərbaycan və Çin dillərində səsləndirib. İnstitutun tələbəsi Sofiya Qarayeva Çin operasından parçalar, müəllimi Qou Yuyuan isə Çin xalq rəqsini ifa ediblər.
Daha sonra qonaqlar "Ənənəvi Çin çay mərasimi" ilə tanış olublar.
Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində Leyla Əliyeva Bakı Kitab Mərkəzində

Siyasi       Tarix: 19 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 sonxəbər sonxabar az son xeberler 2026