Leyla Əliyeva Seçenov adına Dövlət Tibb Universitetinin Bakı filialında poeziya gecəsində iştirak edib - FOTO
Leyla Əliyeva Seçenov adına Dövlət Tibb Universitetinin Bakı filialında poeziya gecəsində iştirak edib - FOTO
Dekabrın 26-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı filialının rektoru, professor Əziz Əliyev tədbirdə çıxış edərək tələbələrin poeziyaya marağının artırılmasına dəyərli töhfəsinə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.
Leyla Əliyeva çıxışında ən çətin və humanist peşələrdən biri olan həkim peşəsinin əhəmiyyətini vurğulayıb.
Sonra Seçenov Universitetinin Bakı filialının tələbələri Lalə İsayeva, Nuranə Ələkbərova, Vüsalə Hüseynova Leyla Əliyevanın "Dünyanın ən gözəl insanı, haradasan?", "İnanmırıq" və "Zaman, xahiş edirəm, dayan" şeirlərini oxuyublar. Gələcəyin həkimləri – Tamerlan Rüstəmov, Lalə İsayeva və Yaqub Kərimov da öz şeirlərini oxuyublar.
Leyla Əliyeva gecənin sonunda tələbələrə öz kitablarını hədiyyə edib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.







Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı