Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində noyabrın 12-də Bakıda növbəti həyətin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.
Yenilənmiş həyət Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.
"Bizim həyət" layihəsinin əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 12 söhbətgah və 15 oturacaq quraşdırılıb, velosiped yolu salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda müntəzəm idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb, əraziyə suvarma hidrantı quraşdırılıb. Sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə həyət müşahidə kameraları ilə təchiz edilib.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO

Siyasi       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026