Liftlərə nəzarət necə həyata keçirilir? - VİDEO

Liftlərə nəzarət necə həyata keçirilir? - VİDEOBakıda bəzi yaşayış binalarında liftlərlə bağlı problemlərə rast gəlinir. Xüsusilə, köhnə tikililərdə belə hallar daha çox müşahidə olunur. 
azxeber.com xəbər verir ki, bununla bağlı "Xəzər TV"-də yayımlanan "Xəbər ertəsi" verilişində maraqlı süjet efirə gedib. 
Süjetdə Xətai rayonu, Xudu Məmmədov 9 ünvanındakı doqquz mərtəbəli binadakı vəziyyət işıqlandırılıb. Eləcə də, ərazidə yaşayan sakinlərin də fikirlərinə yer verilib. Onların sözlərinə görə, digər yerlərdə liftlər yenilənsə də, sözügedən binada hələ bir dəyişiklik edilməyib: "Şikayət edirik, həmişə də deyirlər ki, vaxtı çatanda dəyişiləcək. Lift cümə günü xarab olduqda, düzəlməsi üçün bazar ertəsini gözləməli oluruq. Çünki qeyri- iş günləri heç kəs lifti düzəltmir".   
Oxşar vəziyyətlə hətta yeni tikililərdə də qarşılaşmaq olar. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanındakı 16 mərtəbəli binanın liftləri yeni olsa da, yararsız haldadırlar. Sakinlər bildiriblər ki, tez-tez təmir olunan liftlər, elə tez də sıradan çıxır.  
Əmlak məsələləri üzrə ekspert Vüqar Oruc deyib ki, problem əsasən, liftlərin istismar müddətində yox, inşaat işləri zamanı yaranır. Bəzi tikinti şirkətləri xərclərini azaltmaq üçün ucuz liftlər almağa çalışırlar. Həmin qurğular da texniki cəhətdən zəif olduğundan istismar müddətləri də az olur: "Texniki baxımdan o qədər də müasir olmayan liftlər 25- 30 il istismara dayanıqlı olur. Lakin yeni liftlərdə 5-10 ildən sonra ciddi texniki problemlərlə qarşılaşırsan".
Ekspert bildirib ki, binaların tikintisi zamanı həmin qurğuların keyfiyyəti ciddi şəkildə nəzarətə götürülməlidir. Liftlərə nəzarət mütəmadi həyata keçirilməli, dəyişdirilməsinə ehtiyacı olan qurğular barəsində isə vaxt itirmədən tədbirlər görülsə, heç bir narazılıq da yaranmaz: "Hazırda sovet dövründə inşa edilmiş binalarda dəyişdirilməmiş liftlər var ki, onların istismarı çox ciddi təhlükə yaradır".   
Süjetdə Lifttəmir İstehsalat Birliyindən bildirilib ki, qurum paytaxtdakı mənzil-kommunal təsərrüfatı təşkilatlarının balansındakı binalarda 5 min 342 ədəd liftə müqavilə əsasında xidmət göstərir. Hər ay bu qurğulara növbəli şəkildə baxış keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin istismarına icazə verilir. Son illər ərzində isə Bakı şəhəri üzrə ümumilikdə 1206 lift yenisi ilə əvəzlənib. Həmçinin qeyd edildi ki, yeni tikili binaların liftlərinə nəzarət və təmir işləri həmin binaları tikən Mənzil-Tikinti Kooperativləri həyata keçirirlər.

Sosial       Tarix: 23 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Çox yalan danışan kişini ifşa edən 6 ifadə

Tez-tez yalan danışan insanı bəzən yalnız sözlərindəki ziddiyyətlərə görə deyil, söhbət zamanı mütəmadi istifadə etdiyi bəzi xarakterik ifadələrə görə də tanımaq mümkün ola bilər. Psixologiya üzrə mütəxəssislər bildirirlə

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı

20 yaşlı velosipedçini maşın vurdu - Durumu ağırdır

Lənkəranda velosipedçini avtomobil vurub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Gərmətük qəsəbəsi ərazisində baş verib. Belə ki, Yuxarı Nüvədi kənd sakini 2006-cı il təvəllüdlü Elvin Murad oğl

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Pirşağıda dənizdə batan qadın müəllim imiş

Dünən saat 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dənizdə boğularaq ölən Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Raisə Şükü


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 azerbaycan xeberler bu qun apa.az xeberler sou xeberler