"Livanda "Palmali"nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb" – FOTO/VİDEO

"Livanda "Palmali"nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb" – FOTO/VİDEO"Livanda "Palmali"nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb" – FOTO/VİDEO
"Livanın paytaxtı Beyrutda yerləşən və "Palmali Şirkətlər Qrupu"na məxsus Kapitan Nəğdəliyev gəmisinə həbs qoyulub, həmin gəmidə girov olaraq saxlanılırıq. Mayın 12-dən buradayıq, heç bir yerə çıxa bilmərik".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Palmali Şirkətlər Qrupu"na məxsus Kapitan Nağdəliyev gəmisində baş köməkçi kimi çalışan Emin Abışov deyib. 
O deyib ki, may ayının 12-dən etibarən Livana gəliblər və gəmini tərk edə bilmirlər:
"Bizim sənədlərimizi əlimizdən alıblar və heyəti girov saxlayıblar. Buna səbəb isə "Palmali Şirkətlər Qrupu"nun Estoniyanın bunker kampaniyasına borcu olmasıdır. Məhkəmə qərarı ilə həmin gəmiyə həbs qoyublar. Buna görə də gəmidə 10 azərbaycanlı və iki rusiyalı şəxs girov kimi saxlanılır. Bundan başqa, ötən gün məlumat əldə etmişik ki, şirkətin Hollandiyanın bir bankına 70 milyondan çox borcu var. İtaliyada da analoji vəziyyət yaranıb. Oradakı gəmilərdən birinə də içindəki heyətlə birlikdə həbs qoyulub. Xahiş edirəm ki, bizə kömək edəsiniz". 
"Livanda "Palmali"nin borcuna görə girov qalmışıq, sənədlərimiz də əlimizdən alınıb" – FOTO/VİDEOEmin Abışov deyib ki, Livanın paytaxtında Beyrut şəhərində limanda baş verən partlayışda xəsarət alıb:
"Həmin partlayış bizim limanının yaxınlığında baş verdi. Həmin ərazi ilə aramızda 700 metr məsafə var. Bizi sadəcə olaraq Allah qorudu, yüngül xəsarət aldıq. Yanımızda olan bütün gəmilərdə ölü var".
E.Abışovun sözlərinə görə, gəmiyə həbs qoyulduqdan sonra gəmidəki bütün işçilərin pasportları əllərindən alınıb: "Bizim pasportları əlimizdən aldılar. Hər gün gəminin burada qalması əlavə 1700 dollar kirayə haqqıdır. Ümumilikdə, gəminin 250 min yanacağa borcu var. Bizə - işçilərə isə 250 minə yaxın maaş borcu yığılıb".
O aidiyyəti qurumlara müraciət edib: "Səfirliyin əməkdaşları gəlib bizimlə maraqlanır, onlardan şikayətimiz yoxdur. Amma faktıdr ki, burada hamımız girov qalmışıq. Dövlət rəsmilərimizdən bizi xilas etmələrini xahiş edirik. Bizim aqibətimiz "Palmali"dəkilərin vecinə deyil. Mən bir ildən çoxdur ki, maaş almıram. "Palmali"nin mənə 50 min manatdan çox borcu var. Mən sadəcə pulumu alıb, evimə getmək istəyirəm. Xahiş edirəm ki, səsimizi aidiyyəti qurumlara çatdırın və bizə yardım edin".
"Palmali Şirkətlər Qrupu"ndan AZXEBER.COM-a bildirib ki, məsələdən xəbərdardırlar: 
"Bəli, həqiqətən də belə problemlərimiz var. May ayından gəmimiz o limandadadır. Maddi problemləri aradan qaldırmağa çalışdığımız dönəmdə bu partlayış da problemlərimizi daha da artırdı. Ancaq "gəmi atılıb", "heç kim maraqlanmır" kimi səsləndirilən ifadələr həqiqətə uyğun deyil. Çünki onlarla maraqlanır, yeməklə təmin olunmasında birbaşa özümüz iştirak edirik. Bu dəqiqə maddi sıxıntılarımız var, bu da son zamanlar baş verən hadisələrlə bağlıdır. İndiki rəhbərlik çətinliyi aradan qaldırmağa çalışır. Ancaq bütün gəmilərimizlə əlaqə saxlayırıq, olan problemləri aradan qaldırmağa çalışırıq.
AZXEBER.COM Kapitan Nağdəliyev gəmisindən çəkilmiş özəl videonu təqdim edir:

/oxu.az

Sosial       Tarix: 06 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun sosial yardim cebheden xeber bugunun xeberleri