Mabel Matizin mahnısı nazirlik tərəfindən qadağan olundu
Mabel Matizin "Perperişan" mahnısına musiqi platformalarında qadağa qoyulub.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnı Ailə və Sosial Xidmətlər Nazirliyinin tələbi ilə "YouTube", "Spotify" və "Apple Music"də bloklanıb.
Nazirliyin məhkəməyə təqdim etdiyi vəsatətdə bildirilirdi ki, mahnının məzmunu ailəyə ziyan vura, uşaq və gənclərin əqli inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza, ictimai narazılığa səbəb ola bilər.
Qeyd olunub ki, vətəndaşlar mahnının mətninin "türk ailəsinin adət və ənənələrinə zidd" olması ilə bağlı rəsmi quruma şikayətlər ediblər.
Xatırladaq ki, Mabel Matiz daha əvvəl də qadağalarla üzləşib. RTÜK onun "Karakol" mahnısının klipində romantik münasibətdə olan iki insanın görüntülərini əsas gətirərək, iyun ayında televiziyada yayımını dayandırmışdı.
Aysel

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
"Qızıl buts"u o qazandı
Messidən finaldakı məğlubiyyətə ilk reaksiya
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır
Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA
İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb
ABŞ İranın sənaye müəssisəsinə zərbə endirib
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Türkiyədə dollar durmadan bahalaşır – Azərbaycanı nə gözləyir?
Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər
Kompüter qarşısında çalışanların nəzərinə
Vital Hospitalda ölən körpə zirzəmiyə atılıb? - Nazirlik məlumat yaydı