Maqsud hansı müğənniləri şantaj edib? - "Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün

Maqsud hansı müğənniləri şantaj edib? - "Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım".
Azxeber.com Yenisabah.az-a istinadən xəbər verir ki, bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) bildirib. 
O da dələduzluqda ittiham olunaraq Ukraynadan Azərbaycana gətirilən şəxsdən yanıqlı imiş.
Tolik Maqsud Mahmudovun vaxtilə onu da təhqir etdiyini deyib:
"Mənə mesaj göndərmişdi ki, sən yaxşı oğlansan, xeyirxah işlərlə məşğul olursan, illərdir bir-birimizi tanıyırıq və s. və i.a. Amma sonra məni təhqir etməyə başladı. Yeganə ölkə Azərbaycandır ki, burada müxalifətçilər öz iradlarını söyüşlə ifadə edirlər. Müxalifət də, iqtidar da hər ölkədə var, lakin heç bir Azərbaycandakı kimi müxalifət narazılığını təhqirlə çatdırmır. Özünü siyasi bloger adlandıran bəzi "kişiciklər"imizə isə əmin olun ki, havadarları ev tapşırığı verir. Onların çıxışlarına diqqətlə fikir versəniz görərsiniz ki, hər birinin qarşısında vərəq var və dediyini oradan oxuyur".
Prodüser bəzi müğənnilərin öz maraqları üçün Maqsuda maddi dəstək olduğunu açıqlayıb:
"Maqsud Mahmudov da siyasətdən bixəbər adam olsa da, özünü "siyasi bloger" adlandırırdı. Vaxtilə ölkədə qızıl alveri ilə məşğul olurdu, lombardı vardı və camaatın pulunu yeyib ölkədən qaçmışdı. Bakıda bəzi müğənnilərlə tanışlığı var idi deyə, gedən kimi başladı onlar haqda ifrat dərəcədə pis şeylər deməyə. Təəssüf ki, Azərbaycanda on minlər qazanan, qazancının 10 faizini belə vergi verməyən, ən azı "Əməkdar artist" fəxri adını almaq istəyənlər bu tip reketçilərə pul verir, özlərinə təriflər yağdırdıb, rəqiblərini alçaldırlar. 
Mən də elə bir müğənni tanıyıram, adını çəkməyəcəyəm. Bildiyimə görə, özünün söyüşlərini sildirməyə görə onlarla əlbir olub guya hansısa qazinin əməliyyat xərcini ödəmişdi. 
Bəzi qadın müğənnilərə irad bildirəndə deyirdilər ki, "qızım böyüyür, sabah oğlum qız alacaq, istəmirəm belə videolarım xoşbəxtliklərinə mane olsun".
Maqsud Mahmudov da reketçi idi, tutulmasına yox, ifşa olunmasına sevinirəm.Bu adamlar hansı pulla özlərinə necə studiya yaradırlar? Onlar maliyyələşdirən kimlərdir? 
Sevinc Osmanqızı Amerikaya getdi, özünə yutub televiziya açdı. Mənim ona jurnalist kimi böyük hörmətim var, amma, Sevinc xanım, bu necə olur, pulu rahatlıqla necə tapırsız? Qısası, haradan maliyyələşdiniz? Necə oldu ki, gedən kimi hazıra nazir oldunuz? Kamera, studiya, yutub televiziya göydən zənbillə düşdü?".
Tolik sözügedən blogerlərə dəstək olan məşhurların da ifşa olunmasını istəyib:
"Həmin blogerlərə dəstək olan müğənnilər də ifşa olunmalıdır. Qoy insanlar görsünlər ki, ölkədə nə qədər saxta vətənpərvər var. Əyninə hərbi forma geyinib, vətənpərvərlik mahnısı oxuyan düşmənləri saymaqla bitmir!"

Şou Biznes       Tarix: 21 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026