Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ
Masallıda ölən 16 yaşlı gəlinlə bağlı araşdırmalara başlandı - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı rayonunda toyundan iki həftə sonra sonra vəfat edən gəlinlə bağlı məsələyə münasibət bildirib.
Qurumun İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən faktla bağlı araşdırmalara aparır:
"Masallıda baş verən ölüm hadisəsi ilə bağlı Komitənin rayonda yerləşən Qadın Resurs Mərkəzinin monitorinq komissiyası vasitəsilə araşdırma aparılır. Məsələ ilə bağlı araşdırmalara hüquq-mühafizə orqanları da cəlb edilib".
Komitə rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur:
"18 yaşına çatmayanlar uşaq hesab edilir. Uşaq hüquqları haqqında qanuna və beynəlxalq konvensiyalara əsasən, uşaq nikahları yolverilməzdir. Baş vermiş fakt onu göstərir ki, onların 16 yaşı var, qeyri-rəsmi nikah yaşıdır. Uşaq nikahlarına yox deyilməlidir, uşaqların nikahına şərait yaradan valideynlər məsuliyyətə cəlb edilməlidir".
Qeyd edək ki, yanvarın 29-da Xoşçobanlı kəndində naməlum şəraitdə 16 yaşlı gəlin ölüb. İki həftə əvvəl Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızı Xoşçobanlı kənd sakininə ərə gedib. Yeni evlənən bəyin isə 19 yaşı olub.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb