Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi
Matviyenko rus dilinə olan diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ruslar üçün beynəlxalq ünsiyyət dili olan rus dilinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib.
"RİA Novosti" xəbər verir ki, bu barədə o, Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumda çıxışı zamanı bildirib.
"Rusiya - Azərbaycan əməkdaşlığında humanitar əlaqələr xüsusi rol oynayır. Bakı Slavyan Universiteti həqiqətən misilsiz bir təhsil, elm və mədəniyyət mərkəzidir. Orada rus dilinin öyrənilməsi, slavyan xalqlarının adət-ənənələri və mənəvi dəyərlərinin qorunub saxlanması istiqamətində böyük işlər həyata keçirilir", - deyə senator qeyd edib.
Matviyenko həmçinin qeyd edib ki, Azərbaycanda Rusiyanın aparıcı universitetlərinin - Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov Tibb Akademiyasının filialları var, eyni zamanda tədrisin rus dilində olduğu təxminən 400 məktəb fəaliyyət göstərir:
"Biz də öz növbəmizdə hər zaman bizim üçün millətlərarası ünsiyyət dili olan rus dilinə bu qədər diqqətli münasibətə görə Azərbaycan rəhbərliyinə böyük təşəkkür edirik".
O, turizmin inkişafındakı müsbət dinamikanı da məmnunluqla qeyd edib:
"Keçən il Azərbaycana yolanmış rus turistlərin sayı təxminən 900 min nəfərə çatdı. Onların sayını hər il artırmaq üçün daha çox səy göstərilməlidir".
Matviyenko əlavə edib ki, ölkələr arasında mədəni dialoq da daim davam edir, müntəzəm sərgilər, teatr turları, konsertlər, musiqi və film festivalları keçirilir:
"25 il ərzində Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı mədəniyyət günləri mübadiləsi layihəsi həyata keçirilib. Bu il mənim səfərim çərçivəsində Azərbaycan Respublikasında Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimində iştirak etmək mənim üçün xüsusi şərəf və zövq oldu". /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı