May ayında toy etməyənlər: "Heç bir elmi əsası yoxdur" - SORĞU + FOTO

May ayında toy etməyənlər: May ayında toy etməyənlər: "Heç bir elmi əsası yoxdur" - SORĞU + FOTO
Hər bir xalqın özünəməxsus müxtəlif ənənələri var. Bunların bəzilərinin əsası var. Bəzilərinin isə məlum deyil. Adət-ənənələrin əsası olmasa da insanlar onlara hələ də əməl edirlər. May ayının da qəribə bir adəti var. Bu adətlərdən biri də mayda toy edilməməsidir. Toy etmək istəyənlər olur, lakin yaxınları, ailə üzvləri icazə vermir. Bir sözlə toy etmək istəyənlər arzusu ürəklərində qalır. Əksəriyyət səbəbi məlum olmayan adətlərə əməl edirlər.
Maraqlıdır, restoranlara may ayında toy üçün müraciət edənlər varmı?
Bununla bağlı Oxu.Az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib.
Şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, toy etmək üçün müraciət edənlər var:
"Digər aylara nisbətən toy etmək istəyənlərin sayında azalma müşahidə olunur. Lakin əvvəlki illərə nisbətən müraciət edənlər sıfır üzərində deyil. Azda olsa, müraciət edənlər var".
Digər bir şadlıq sarayından verilən məlumata görə, boş ay tendensiyası hələ də davam edir:
"Bu tendensiya hələ də davam edir. Müraciət edən yoxdur. Sıfıra bərabərdir. Digər mərasimləri edirlər. Ad günü may ayında varsa, iyunda edəsi deyil. Bu aya boş ay da deyirlər. Səbəbi bilinmir, naməlumdur. Müraciət edən müştərilərdən səbəbini soruşuram. Keçmiş dövr ilə əlaqələndirirlər.
Qışdan çıxan heyvanların may ayında əti çox olmur. Ət vermir. Keçmiş dövrdə bu fikrə görə, toy etməyiblər. Düşünürlər ki, boşanarlar və ya sonsuz olarlar".
Başqa bir restoran səlahiyyətlisi isə əvvəlki illərə nisbətən toy etmək istəyənlərin olduğunu qeyd edib:
"Digər aylarda 10 toy olurdusa, bu ayda 5 toy olur. Əvvəllər, ümumiyyətlə, olmurdu. İndi edən edir, heç fikir vermir. Etməyənlər isə, ümumiyyətlə, şadlıq saraylarına yaxın durmurlar".
Restoranlardan birindən isə iaşə obyektinə, ümumiyyətlə, müraciət edilmədiyini söyləyib:
"May ayında toy üçün müraciət edən yoxdur. Səbəbini demirlər. Səbəbsiz yerə bu vəziyyət yaranıb. Evlənmək istəyən də toyunu təxirə salır ki, uğursuzluq olar".
Digər bir şadlıq sarayından bildirilib ki, sırf toy üçün müraciət edən yoxdur:
"Bir-iki banket bağlanılıb. Sırf toy üçün müraciət edən yoxdur".
Başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu deyib:
"Demək olar ki, çox aşağı səviyyədədir. 3-5 dənə toy edən var. Əvvəllər heç olmurdu. Naməlumdur. Boş, ağır ay hesab edirlər. Düşünürəm ki, şəxslər bu səbəbdən etmirlər".
Şadlıq sarayı səlahiyyətlisi bu ənənəni cahilliklə əlaqələndirib:
"May ayı üçün müraciət edən yoxdur. Bu ənənəni şüuraltına uzun illər əvvəl yeridiblər. May ayını vay ayı adlandırıblar. Onların soyqırımı gününü biz millət olaraq nədənsə sanki vay ayı kimi qəbullanırıq. Şüuraltına yeridilən fikirdir. Cahillikdir. Heç kim toy etmir".
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev mayda toy edilməməsinin heç bir elmi əsası olmadığını qeyd edib:
May ayında toy etməyənlər: "Mayda toy edənin uğursuzluğa düçar olacaqlarını zənn edirlər. Bunu araşdıranda məlum olur ki, heç bir elmi əsası yoxdur. Yalançı inanclara əsaslanan yanaşmadır. Bunun sağlam düşüncəyə aidiyyəti yoxdur. Əsası olmayan yanaşmadır. Hətta bəzən ermənilərlə də əlaqələndirirlər".
Ü.Şəfiyev dini baxımdan da əsassız olduğunu söyləyib:
"May ayında toy edilməməsi ilə bağlı din adamlarından da fikir almışıq. Heç bir əsası yoxdur. Bu ayı da adi aylardan hesab edirlər. İllər öncə sınaq edilib. Burada mistika axtarmağa ehtiyac yoxdur. Müasir dövrdə heç lüzumu yoxdur.
Hesab edirəm ki, heç bir obyektiv əsası yoxdur. Mistikadan çıxmalıyıq. Bizim cəmiyyətimiz dünyəvidir. Belə yanaşmaları arxada qoymalıyıq. Xurafata lüzum yoxdur. Bunun nə tibbi, nə dini, nə də elmi baxımdan əsası yoxdur".
Nəzrin Vahid

Maraqlı       Tarix: 13 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun son xeberler bugun 2026 canli ensonxeberler zelzele