"McDonald"s Azərbaycan" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə aksiyası keçirib – FOTO
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "McDonald"s Azərbaycan" şirkəti xeyriyyə aksiyası keçirərək Azərbaycan Uşaq Fonduna 15 min manat ayırıb.
Bu vəsait fondun himayəsində olan uşaqların ilkin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Aksiya çərçivəsində balacaların şirkətin restoranlarından birinə səfəri təşkil edilib. Burada onlar üçün hazırlanmış hədiyyələr və əyləncəli proqram balaca qonaqlarda xeyli müsbət və şən emosiya yaradıb.
Qeyd edək ki, Azərbaycan Uşaq Fondu xüsusi qayğıya ehtiyac duyan uşaqların təhsili, tərbiyəsi və sağlamlığının müdafiəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir.
Xeyriyyə aksiyalarının keçirilməsi, korporativ sosial məsuliyyət məsələlərinə böyük diqqət ayıran "McDonald"s Azərbaycan" şirkətinin siyasətinin bir parçasıdır.
20 il ərzində uşaq evlərinə, tibbi yardım fondlarına, idman tədbirlərinə yardımla əlaqədar çoxsaylı aksiyalar həyata keçirmiş şirkət bundan sonra da xeyriyyə işləri ilə məşğul olmaqda davam etmək niyyətindədir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilmiş tədbirdə çəkilmiş şəkilləri nəzərinizə çatdırırıq.





Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar