Məcburi köçkünlərin dözülməz həyat şəraiti: "Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq" - VİDEO

Məcburi köçkünlərin dözülməz həyat şəraiti: "Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq" - VİDEOMəcburi köçkünlərin dözülməz həyat şəraiti: "Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq" - VİDEO
"Neçə illərdir pəncərəsi olmayan bu  dörd divarda, nəmişlik içərisində yaşayırıq. İki uşaq anasıyam. Uşaqlarım şəraitsiz, anti-sanitar yerdə yaşamaqdan xəstəlik tapıb. Həkimlər vərəq-vərəq dərman yazırlar. Nə paltarlarını ala bilirəm, nə dərmanlarını. Evimdə iki əsgər böyüdürəm. İkisi də gözümün qarşısında əriyib gedir. Xahiş edirik, bizə kömək edin".
Bu sözləri Oxu.Az-ın redaksiyasına müraciət edən, Kəlbəcərdən olan məcburi köçkün ailələrindən biri deyib.
Söhbət Abşeron rayonu Xırdalan şəhəri yaxınlığında, Hökməli dairəsindən Müşfiqabaq yoluna keçəndə 300 metr aralıda yerləşən yaşayış məntəqəsindən gedir.
1993-cü ildən beton və kərpic zavodunun həyətində məskunlaşan sakinlərdən biri də Şərqiyeva Sabirədir. O deyir ki, yoldaşı 1993-cü ildən bu zavodun köhnə həyətində qalır:
"2007-ci ildə ailə qurduqdan sonra bura gəlmişəm. Məcburi köçkünlərin əksəriyyəti burada məskunlaşıb. Zavodun köhnə tualetini özünə bir otaq eləyib yaşayan, vaqonda yaşayan, maşın yuyulan yerdə yaşayan ailələr var. Biz ailədə dörd nəfərik. Yoldaşım fəhlədir. Pəncərəsiz, dörddivarın içərisini ev bilib yaşayırıq. Ev dediyim zavodun həyətində köhnə maşın yuyulan yer olub. Tualet yox, mətbəx yox. Natəmizlik, şəraitsizlik şəraitində illərdir dözürük. Biz tab gətirsək də, uşaqlarımız dözə bilmir. Biri səkkiz, digəri 10 yaşında iki oğlum var. İkisinin də nəmişlikdən böyrəklərində xəstəlik yaranıb. Süfrəyə yemək qoyub yeyə bilmirik. Zavod işləyir, bütün hiss, toz-torpaq yediyimiz yeməyin, içdiyimiz suyun içində gedir canımıza. Mən anayam, uşaqlarım gözlərimin önünüdə əriyib gedir, dözə bilmirəm. Heç kim bizə kömək etmir".
S.Şərqiyə həmçinin deyib ki, zavodun həyətində yaşayan ailələrin heç birinin dolanışığı yoxdur: "Cavan-cavan ailələrdi, hamısının uşaqları xəstəlik tapıb. Normal qidalana bilmirlər. Paltar tapa bilmirlər. İnanırsız ki mən özüm məscidlərdən ölən insanların paltarlarını götürüb geyinirəm. İmkanım yoxdur. Uşaqlarımı da güc-bəla dolandırıram. Camaata yalvarıram ki, bir tikə çörək versinlər, uşaqlarım ac qalmasın. Kənardan yardım edən insanlardan Allah razı olsun. Amma bu da bir dəfə, iki dəfə olur. Hamının vəziyyəti ağırdır.
Karantinə görə yoldaşım neçə aydır işləmir. Köhnə pal-paltara baxma, heç kim aptekdən mənə uşağımın dərmanların alıb vermir axı. Oğlumun belində xəstəlik var, həkim karset taxmalıdır deyir. Karset də 200 manatdır. Neçə dəfə işsizliyə görə müraciət etmişəm, baxmayıblar. Hər şeyə dözmək olur, amma uşağın xəstə olmasına hansı valideyn dözər? Yoldaşım fəhlə adamdır, iş yoxdur ki beş-üç manat qazansın, dərmanların beşin ala bilməsək də, birini alaq. 190 manat birdəfəlik yardım üçün müraciət etdik, imtina cavabı aldıq. Burada yaşayan heç bir ailəyə verilmədi, hamımıza imtina cavabı gəldi. Bilmirik dərdimizi hara deyək".

Sosial       Tarix: 12 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kolbasa sevənlərə bəd xəbər - Bu məhsullar

Bəzi kolbasa məhsullarında at əti aşkarlanıb. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birg

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik

"İnstaqram" platforması istifadəçilər üçün yeni funksiyalar hazırlayır. xəbər verir ki, platformanın rəhbəri Adam Mosserinin sözlərinə görə, yeniliklər sayəsində istifadəçilər qarşılarına çıxan tövsiyə olunan videolar

Teymur Musayevin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. Bununla bağlı Prezident İlham Əliyev Səhiyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, səhiyyə nazirinin müavinlərinin say

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd

Leyla Əliyeva Yevlaxda - Fotolar

Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Yevlaxa səfər edib. xəbər verir ki, o, bu barədə görüntüləri instaqram hesabında paylaşıb. Həmin görüntüləri təqdim edirik:

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber az cəbhədən son xəbər valyuta mezennesi 2026 xəbər.az