"MediClub" klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi
"MediClub" klinikasında koronavirus xəstəsinin ölümü barədə şayiələr təkzib edildi
Son vaxtlar koronavirus pandemiyası ilə əlaqədar məsuliyyətsiz vətəndaşlar tərəfindən müxtəlif şayiələr və təşviş əhval-ruhiyyəsi yayılır.
Bu barədə "MediClub" Klinikasının açıqladığı məlumatda deyilir.
Bildirilir ki, xəstəxananın stasionar şöbəsində koronavirusdan xəstənin ölməsi ilə bağlı şayiələr dezinformasiyadır və heç bir əsası yoxdur.
Həmçinin, qeyd olunur ki, koronavirus xəstələrinin həm müalicəsi, həm də laborator diaqnostikası yalnız dövlət strukturları tərəfindən həyata keçirilir:
"Buna Nazirlər Kabineti yanında operativ qərargah, eləcə də Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən çox ciddi şəkildə nəzarət edilir. Koronavirusa yoluxmuş xəstənin ölümü ilə bağlı informasiya həqiqəti əks etdirmir. Üstəlik, özəl klinikada belə bir vəziyyət prinsipcə mümkün deyil".
Xatırladaq ki, koronavirusla bağlı yalan informasiyanın yayılması Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində ciddi cəzalandırılır. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb