Mehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEO

Mehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEO
Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə üçün Türkiyəyə yola salınıb. 
Qafqazinfo xəbər verir ki, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyilə onun müalicəsi İstanbulda davam etdiriləcək.
Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. 
Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edib və vəziyyəti nəzarət altında saxlanılıb. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlər təyyarədə O.Gülalıyevin səhhətini müayinə etdikdən sonra uçuşun başlanılmasına razılıq veriblər.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.
İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer bildirib ki, Bakıya Oqtay bəyin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəvəti ilə gəlib: 
"Xəstəni müayinə etdim, əlimdən gələn köməyi etməyə hazıram. Oqtay bəyin ümumi vəziyyəti hazırda kritikdir. Beyində ciddi zədələnmə var, başqa bir problemi yoxdur. Burada zəruri olan bütün tədbirlər görülüb. Həyatı üçün təhlükə var. Beyni zədələndiyi üçün ciddi problemlər ortaya çıxa bilər. Hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.
Azərbaycanda edilən bütün tibbi müdaxilələr yerindədir. Vaxtında əməliyyat olunub və lazımı tibbi yardım göstərilib. Mənim bura gəlməyim tamamilə ailənin istəyi olub, əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəyəm, əlavə bir iş görməyəcəyəm. 
Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurları baxımından fərq var. Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstə yaxınlarının tələbi ilə biz onu İstanbula aparırıq. 
Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".
Türkiyəli mütəxəssis Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdüyünü də qeyd edib: 
"Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik".
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva həyat yoldaşının müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib. 

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.
Bundan sonra, Heydər Əliyev Fondundan verilən məlumata görə, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb.
Mehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEOMehriban Əliyevanın təşəbbüsü ilə Oqtay Gülalıyev Türkiyəyə aparıldı: Həkimi danışdı - VİDEO

Sosial       Tarix: 06 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele valyuta mezennesi son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər