Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir

Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridirAvqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkədə imzalanan kollektiv müdafiə müqaviləsi geniş müzakirələrə səbəb olub.
KONKRET.azpublika.az-a istinadla xəbər verir ki, müqavilədə NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş prinsip tam şəkildə öz əksini tapır. Bu o deməkdir ki, üç ölkədən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum hesab olunacaq.
Rusiyada yaşayan erməni əsilli politoloq Georgi Asatryanın Məkkə müqaviləsi haqda iddiaları diqqət çəkir. Asatryan hesab edir ki, müqavilə ilə bağlı söhbətlər daha öncə də bu ölkələrin elit dairələrində gəzirdi, indi hərəkətə keçdilər və bu, ciddi diplomatik addımdır.
Onun sözlərinə görə, Ər-Riyad və İslamabad arasında ötən il qarşılıqlı müdafiə müqaviləsi imzalanıb: "Həmin müqaviləyə əsasən Pakistan Səudiyyə Ərəbistanının ərazisini müdafiə etməyi öhdəsinə götürüb, əvəzində maliyyə yardımları alır. Pakistan bu vəsaitlərdən öz hərbi sənayesini inkişaf etdirmək və ordusunu modernləşdirmək məqsədilə istifadə edir, eyni zamanda, müttəfiq olduğu Səudiyyə ilə Hindistan qarşısında əlini gücləndirir. Yeni ittifaqda isə artıq Türkiyə də prosesə qoşulub və Səudiyyə üçün bu, həm Pakistanın nüvə potensialından yararlanmaq, həm də iki ölkənin peşəkar ordularının hərbi dəstəyini qazanmaq deməkdir".
Ekspert iddia edir ki, Türkiyə və Pakistan ordusu Səudiyyəni müdafiə etmək məqsədilə əməliyyatlar keçirə bilər: "Ər-Riyadın müasir və bahalı silahlarının olmasına baxmayaraq, hərbi heyətinin döyüş qabiliyyəti zəifdir. Bu baxımdan, Pakistan və Türkiyə elit bölmələrinin misal üçün, Yəməndə husilərə qarşı real döyüş əməliyyatlarına qatılması realdır. Türkiyə də bu ittifaqdan öz maraqları naminə istifadə edir, xüsusilə regional təsirini gücləndirməyə və İsrail üzərində əlavə təsir gücü əldə etməyə çalışır".
Ekspert hesab edir ki, bu ittifaqın İrana qarşı olması da istisna edilməməlidir: "Müqavilənin imzalanmasını sürətləndirən amil İrana qarşı artan qorxu, xüsusilə SEPAH-ın istənilən rəqibə zərbə endirməsidir".

Siyasi       Tarix: 12 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber krimnal bugun cəbhədən son məlumatlar sonxabar az