Meksika mətbuatında erməni yalanları ifşa edildi

Meksika mətbuatında erməni yalanları ifşa edildiMeksikanın nüfuzlu KİV-lərindən olan "ContraReplica" qəzetlində Azərbaycan səfiri Məmməd Talıbovun Ermənistanın keçmiş münaqişə ərzində törətdiyi müharibə cinayətləri, hazırda Cənubi Qafqazda gərginliyin artmasına səbəb olan təxribatçı addımları, regionun yeni reallıqları, burada Azərbaycan tərəfindən görülən işlər və bölgədə davamlı sülhün əsas şərtləri barədə məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən KONKRET.az-a verilən məlumata görə, yazıda ilk olaraq, Ermənistanın 30 illik işğal dövründə törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri, habelə 44 günlük müharibə zamanı münaqişə zonasından kənarda yerləşən şəhərləri ballistik raket hücumlarına məruz qoyaraq mülki soydaşlarımız arasında çoxsaylı tələfata səbəb olması, eləcə də işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan erməni vandalizmi, burada aparılmış kütləvi minalama və törətdiyi fəsadlar haqqında məlumat verilir.
Sonra bölgədə periodik olaraq özünü biruzə verən gərginliyin səbəbinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin atdığı addımlar, xüsusən bu ölkənin keçmiş müdafiə nazirinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın hərbi qulluqçusunun Azərbaycan ordusunun Laçın ərazisindəki mövqelərinə aparan yolda cəmləşməsi, Laçın və Kəlbəcərdəki mövqelərimizin intensiv atəşə tutulması kimi hallar olduğu bildirilir.
Buna baxmayaraq, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn tələblərə sadiq qaldığı, hazırda bütün səylərini bölgənin yenidən qurulmasına, nəqliyyat yollarının və kommunikasiya xətlərinin bərpa edilməsinə və bölgənin hərtərəfli inkişafına yönəltdiyi vurğulanır.
Yazıda həmçinin, Ermənistan tərəfinin destruktiv ritorikasının başlıca elementlərindən olan "hərbi əsirlər" məsələsinə də fikir bildirilərək, Azərbaycan tərəfindən həbs edilmiş erməni əsilli şəxslərin 10 noyabr 2020-ci il bəyanatından sonra Azərbaycan ərazisinə keçərək burada terror aktları törətməyə cəhd etdikləri, bu səbəbdən onların hərbi əsir deyil, terrorçu olduqları və hazırda Azərbaycanın aidiyyəti orqanları tərəfindən məsuliyyətə cəlb edildikləri, bununla belə, xoş niyyət göstəricisi olaraq sözügedən şəxslərdən cinayətkar əməllərdə birbaşa olaraq iştirak etməmiş olanlarının azadlığa buraxıldığı söylənilir.
Sonda Azərbaycanın sərhədlərin demarkasiya və delimitasiyası işinin başlanması və yekun sülh müqaviləsinin işlənib hazırlanmasına dair Ermənistana dəfələrlə müracitələr ünvanlasa da, bu günədək heç bir müsbət cavab almadığı deyilir və bölgədə davamlı sülhə nail olunması üçün Ermənistanın qonşularına qarşı ərazi iddilalarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, xalqını barışığa hazırlamalı və region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşamağı öyrənməli olduğu bildirilir.

Siyasi       Tarix: 25 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler qarabag sonxeber az son xəbərlər