Meksikanın məşhur sənətçisi: "Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim" - VİDEO
Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi Sonia Amelio Azərbaycan xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü və qarşıdan gələn 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.
Azxeber.com Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbova istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
"Əfsanəvi və möhtəşəm Şuşa şəhərində çıxış etmək istərdim", - deyə Sonia Amelio vurğulayıb.
Qeyd edək ki, Sonia Amelio daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış edib.
O, ötən ilin oktyabrında da o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?