Məktəblərdə şagirdlərə qol saatından istifadə niyə qadağan edilib? – AÇIQLAMA
Bakıda bəzi orta məktəblərdə şagirdlərin qol saatından istifadə etmələrinə qadağa qoyulub.
Müəllimlər valideynlərə xəbərdarlıq ediblər: "Şagirdlərin ünsiyyət qurması üçün adi telefonlar alın. "Smart" saatlar və "Smart" telefonların məktəbə gətirilməsi qəti qadağandır. Əgər kimdəsə görsək, alıb məktəb rəhbərliyinə təhvil verəcəyik".
Valideynlər isə bunu narazılıqla qarşılayıblar: "Bu saatlarla uşağımızın haradan gəlib-getdiyini bilirik. Lazım olanda zəng vura bilirik. Yəqin müəllimləri başqa məsələ narahat edir. Saat vasitəsilə uşağın ətrafında olan səsləri eşitmək də mümkün olur. Yəqin dərsi necə keçdiklərini bilməyimizi istəmirlər. Ona görə narahatdırlar", deyə valideynlər bildiriblər.
Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Musavat.com-a bildirib ki, bu məsələ məktəbdaxili qərarlarla tənzimlənir: "Şagirdin diqqətini yayındıran vasitələr varsa, uşaq dərsdə kənar əşyalarla oynayırsa, onlara vaxt ayırırsa, müəllim müəyyən ciddiyət yaradır".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR