Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar
Azercell-in dəstəklədiyi şagirdlərin beynəlxalq bilik yarışmasında növbəti uğuru
Texnoloji gələcəyi qurmağa davam edən "Azercell Telekom" MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər. Fevralın 10-18-də Rumıniyada onlayn formatda təşkil edilən VI İnfo Cup proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal qazanıblar.
14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom" MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər.
Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan Azercell şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR