Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var

Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər varMəmmədyarov: Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda bəzi irəliləyişlər var
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla növbəti görüşümüzün dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilməsi planlaşdırılır.
Bunu Report-un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. 
O qeyd edib ki, həmin vaxt Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası olacaq və Zöhrab Mnatsakanyanla görüşün də bu toplantı çərçivəsində baş tutacağı gözlənilir:
"Lakin bunla bağlı danışmaq bir qədər tezdir. Görüşün yeri və tarixi dəqiqləşəndən sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik". 
E.Məmmədyarov bildirib ki, Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün iddialarına və açıqlamalarına dərhal reaksiya verir:
"Ermənistanın Xarici İşlər Nazirliyi səviyyəsində olan bütün məsələlərə anında reaksiya veririk. Onların Dağlıq Qarabağ münaqişəsiylə bağlı öz siyasətlərini hansı istiqamətdə yürütdüklərini başa düşmək bir qədər çətindir. 
Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var.
Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirəcəyik. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki artıq sənədlər masanın üstündədir". /oxu.az

Siyasi       Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler kriminal xeber valyuta mezennesi banklar cəbhədən son xəbərlər 2026