Məmmədyarov "Əl-Şəbaab"ı pislədi
Məmmədyarov "Əl-Şəbaab"ı pislədi
Somalidə təhlükəsizliyin gələcəyinə nail olmaq üçün idarəetmə və idarəetmə qurumları çox diqqətli və bir yerdə olmalıdırlar, həmçinin, lazımsız yayındırmaların qarşısını almalıdırlar.
Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, sülh və dövlət quruculuğu prosesi, həmçinin, ölkənin sabitliyinin təmin olunmasını diqqət mərkəzində saxlayır.
Nazir qeyd edib ki, Azərbaycan Somali ilə tam həmrəyliyini bir daha bəyan edir. E.Məmmədyarov Somalidə törədilən terror aktlarını pisləyib:
"Əl-Şəbaab" döyüşçülərinin qalıqları tərəfindən törədilən bütün terror aktlarını və zorakı ekstremizmi qətiyyətlə pisləyirik. Onları sülh və barışıq prosesinə qoşularaq ağıl səsini dinləməyə və zorakılıqdan imtina etməyə çağırırıq.
Somali Federal hökumətinə çətinliklərin öhdəsindən gəlmək, barışıq əldə etmək və etibarlı, sabit, birləşmiş, demokratik və firavan bir dövlət qurmaq səylərində dəstəyimizi bildirmək istərdim".
XİN başçısı qeyd edib ki, Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı