Mənim İmişlidə evim yoxdur. O, hotel idi' - Razi Nurullayev "Onun 10 cavabı"nda

Mənim İmişlidə evim yoxdur. O, hotel idi' - Razi Nurullayev azxeber.com-un "Onun 10 cavabı" rubrikasının qonağı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevdir.
Razi Nurullayev ona ünvanlanan 10 sualı cavablandırıb.

1. Razi bəy, xoşgördük. İstərdim müsahibəyə mediaya münasibətinizdən başlayaq. Mediaya ən açıq,eyni zamanda da medianı ən çox tənqid edən deputatlardansınız. Bu ziddiyyət nədəndoğur? Sizcə, nəyə görə, mətbuatda ən çox tənqid olunan məhz mediaya açıq şəxslərolur?
- Çünki bizim mediadan, medianın dadeputatdan gözləntisi çoxdur. Biz bir-birimizin maraqlarını təmin etməyəçalışırıq. Mən ümumiyyətlə, medianın yazmasının, medianın yaxşı işləməsinin,ümumiyyətlə, məlumat almasının tərəfdarıyam. Amma Azərbaycanda media da tamolaraq qərəzsiz deyil. Professional media var, amma təəssüflər olsun ki, müxtəlifhərflərin birləşməsindən yaradılan minlərlə səhifələr var və onlar özləriniciddi media kimi göstərmək yolunu tutsalar da, bir çoxu şantajla, reketlə məşğuldur,müxtəlif, mediaya aid olmayan işlərlə məşğuldurlar və onlar yerli-yersiz nəyinsəmüqabilində və nəyə görəsə yaxud kiminsə tapşırığı ilə ayrı-ayrı adamları hədəfəalırlar. Mediaya açığam və görürəm ki, bir çox media orqanları bundan suiistifadə edir və bəzən sənin illər boyu yığdığın bir baqajı, siyasi baqajı birsaatın, bir dəqiqənin içərisində məhv etmək yolunu tutmaq istəyirlər. Obaxımdan artıq mediaya o qədər də belə güvənim qalmayıb. Təbii ki, hürmətqoyduğum, həmişə heç zaman imtina etmədiyim medialar, jurnalistlər var. Onlarlaəməkdaşlıq edirik. Amma təəssüflər olsun ki, artıq media da əvvəlki mediadeyil.
2. Faktdır ki, cəmiyyətdəən çox tənqid olunan şəxslər məmurlar və deputatlardır. Ancaq Milli Məclisdəkiçıxışlara baxanda görürük ki, deputatlar çox vaxt tənqidi fikirlər səsləndirir,sosial problemləri dilə gətirirlər. Bəs, niyə görə cəmiyyətdə deputatlara qarşıbu qədər aqressiya müşahidə edilir?
- Bəli, deputatlara, məmurlara, siyasətçilərə -bir sözlə vəzifəli şəxslərə qarşı aqressiya var. Bunun qarşısını almaq olmur.Əslində, bu meyl bütün dünyada var, artıq bir trendə çevrilib və Azərbaycandaonun bir hissəsidir. Azərbaycanda isə bir çox hallarda bunu əsassız olaraq qərəzlişəkildə edirlər. Çünki deputatdan gözlənti çoxdur. Onlar öz arzu və istəklərinindeputatlar vasitəsilə həyata keçirilməsini istəyirlər. Amma bütün arzu və istəklərhəyata keçirilə bilmir axı. Onlar düşünür ki, deputatlar bizim maraqlarımızauyğun çıxış etmədi, maraqlarımıza uyğun sözləri demədi, qanunlar qəbul etmədi,uşaq pulunu vermədi, maaşları artırmadı və s. Hərçənd ki, parlament maaşartıran orqan deyil. İstəyərdik ki, belə olsun, amma hər şey bizdən asılı məsələdeyil, dövlətimizi də gücləndirməliyik. Biz o əraziləri işğaldan azad etmişiksə,30 il bu həsrətlə yaşamışıqsa, həmin əraziləri bərpa etməliyik və o insanlarıoraya köçürməliyik. Həm də o insanları onagörə tez köçürməliyik ki, orada insanlarımızın sayı çoxalsın ki, xaricdənbizə gələn təzyiqləri də azaltsın. Onun üçün də sərhədlərimiz möhkəmlənməlidir,insanlarımız orada daim yaşamalıdır, infrastrukturu yaratmalıyıq və bütün sərhədboyunca da bizim qəhrəman sərhədçilərimiz dayanmalıdır. Onlara zastavalar, hərbihissələr
tikilməlidir. Bütün bunların hamısıçox böyük pullar aparır. Ona görə də, bax, bütün bu məqamları nəzərə almalıolursan, amma bununla bərabər çalışırıq ki, dövlətin ayırdığı o sosial layihələrləbağlı müəyyən işlər də daha effektli görülsün, işlər də görülür, müəyyən təkliflərinəzərə alırlar.
3. Sizi daha çox məmurları,nazirləri tənqid edən partiya sədri və deputat kimi tanıyırıq. Bu sizə həyatdaproblem yaradıbmı?
- Bilirsiniz, tərifi hamı xoşlayır vəonu çox asan qəbul edirlər. Tənqidi heç kim xoşlamır. Mən özüm də tənqidixoşlamıram. Bu baxımdan düşünürəm ki, tənqid etdiyim insanlar da mənixoşlamayacaq. Biri deyim tərzimi xoşlamayacaq, o birisi ritorikamı, onlarda mənəqarşı müəyyən bir aqressiya olacaq, hətta nifrət edənlər də olacaq. Amma birolan Allah şahiddir ki, heç bir naziri, heç bir dövlət vəzifəlisini qərəzli şəkildəhədəfə almamışam. Onların heç birisi ilə şəxsi qərəzim yoxdur. Hər hansı bir şəxsiməsələmə görə də onları hədəfə almamışam, almaq fikrim də yoxdur. Əslində, olabilsin ki, bir az ritorikam aqressiv olsun, amma həmişə səmərəli təkliflər verməyəçalışmışam. Ancaq bu tip yanaşmalar da tənqid kimi səslənir və onların daxoşuna gəlmir. Təbii ki, bu da mənim üçün başağrısı yaradır. Özümdə də birpsixoloji gərginlik yaradır. Tənqid də olar, amma tənqid sağlam olmalıdır. Qəbuledirəm ki, elə məqamlar olub ki, onları nəzərə almamışam. Bəzi məqamları nəzərəalmadan elə, tam yoxlamadan demişəm və o da düşünüb ki, Razi Nurullayev nəyəgörə məni hədəf aldı. Heç kimlə heç bir problemim yoxdur, ola da bilməz.
4. Uzun illər AXCP sədriƏli Kərimlinin müavini olmusunuz. AXCP dövründəki Razi bəylə deputat Razi bəyinfərqi nədə oldu? O illəri itirilmiş il kimi qiymətləndirirsiniz yoxsa necə?
- Mən həyatımın heç bir hissəsiniitirilmiş hesab etmirəm. Allah verdiyi həyatdı yaşayırıq və bu həyatda insanınildə bir neçə dəfə elə acı və yaxşı təcrübəsi əmələ gəlir. Yaşadıqda nəyisə öyrənirsən,yaşadıqda nəyinsə üzərində düşünürsən və keçmişə baxıb gələcəyini daha yaxşıqurursan.
AXCP pis məktəb idi, amma hər pisin də öyrətdiyibir təcrübə var. Orada gözüm açıldı, kor-koranə qalmadım, gördüm ki, heç də həryaxşı və bəlağətli danışan qəhrəman deyil. Orada olduğum müddətdə gördüm ki,heç də orada olan insanların hamısı aydan arı, sudan duru deyil. Hər kəsin özmarağı var və öz marağı təmin olunan kimi istənilən adamı ayağının altına atıb,əzməyə hazırdır. Elə orada da kreslo davasının getdiyini gördüm. Kim də başınıbalaca tərpətmək istəyir, o an başını kəsirlər. Əli Kərimli liderdir, ikinciparlamaq istəyən ölümə məhkumdur. Əgər biz hər hansı bir ideologiya, idealuğrunda mübarizə aparırıqsa, birinci nümunəni özümüz yaratmalıyıq. O nümunəniorada yarada bilmirdilər, bu gün də yarada bilmirlər. Bu gün dövləti və dövlətçiliyibaşa düşürəm. Xaricdən Azərbaycana demokratiya və insan hüquqları altında olantəzyiqlər heç də Azərbaycan xalqının mənafeyi üçün edilmir.
Sadəcə olaraq insan hüquqları vədemokratiya adı altında öz istəklərini yerinə yetirməyə çalışırlar.
5. Parlament seçkiləri ərəfəsindəİmişli rayonundakı evinizi çəkib göstərmişdiniz və etdiyiniz idman hərəkətlərinisosial şəbəkələrdə paylaşmağınız birmənalı qarşılanmamışdı. Bunu normal qəbuledənlərlə yanaşı, qeyri-ciddi olmaqda qınayanlar da olub. Həmin videoya münasibətiniziöyrənmək istəyərdik. O hərəkətləri edəndə cəmiyyətin reaksiyasınıdüşünmüşdünüzmü?
- Təbii ki, bu o zaman oldu. İndiki təcrübəmlə,təcrübə deməzdim buna, bu hadisələrdən sonra onu etməzdim. Çünki cəmiyyətimiz,insanlarımız tam olaraq bu qədər səmimiyyətə hazır deyil. Digər tərəfdən suiistifadə edib, qərəzli şəkildə yönləndirib zərba vurmaq istəyənlər var. İmişlidəevim yoxdur. Seçki müddətində qaldığım hotel idi. Birdən ağlıma gəldi ki, seçkimüddətində necə yaşayıram onu göstərim. Səbəb bu oldu ki, deputat orada nə iləməşğuldur, harda qalır, neynir orada, kef çəkir bəlkə də. Başqa-başqa siyasipartiyalar, xüsusən də bu müxalifətə müxalifətçilik edənlər, Milli Şuranın,AXCP-nin sıralarında, içərisində bir-iki nəfər müsavatçı, bir-iki nəfər REALPartiyasından olanlar da var idi ki, belə şərhələr yazırdılar. Etdiyim idmandanə eyib var idi? Hər kəs də idman edir, idman eləmək nə zamandan eyib olub?Sağlamlığı qorumaq gözəl bir haldır, insanlara gözəl bir mesajdır. Qəbul edirəmki, bəzi məsələlərdə daha ciddi olmaq daha yaxşıdır. Amma bizim cəmiyyətimizbelədir ki, daha ciddi olanda, qapalı olanda, deyirlər ki, qapalıdır, özünü çəkir,insanların içərisində deyil, özünü sadə aparmır. Ciddi olanda da deyir ki, sadədeyil, cəmiyyətə və insanlara qapalıdır. Burada qızıl ortanı tutub getmək dahaməqbuldur, bu dərsi aldıq.
6. Razi bəy, biraçıqlamanızda "Azərbaycanda bacarıqlı, savadlı, qabiliyyətli insanlara yeryoxdur" fikirlərini səsləndirmişdiniz. Hələ də bu fikirdəsiniz?
- Belə bir məsələ olmuşdu. Bir çoxölkələrin təcrübəsini öyrənirəm və görürəm ki, bacarıqlı, qabiliyyətliinsanları dövlət özü qabağa çəkir, onlara nəsə bir kredit verir, nəsə imkanyaradır ki, vətəndaşları iş qura bilsinlər. Biz hələ o mərhələyə gəlibçatmamışıq da, bizim ona qədər olan xeyli görməli işlərimiz var. Biz indiNorveçin keçdiyi yolu 30 ilə keçə bilmərikaxı. Məsələn, Norveçdə bir nəfərin hər hansı bir təşəbbüsünə deyək ki, 10 minkredit verirlər, 10 mini batırsa, yenidən ona 10 min də verirlər. İkinci dəfədəbatırsa, üçüncü dəfə də verirlər. Sonra deyirlər ki, yox sən daha bu işlə məşğulolma, peşəni dəyiş. İndi Norveç böyük bir yol keçib gəlib. Onun vətəndaşları dasui-istifadə edib pul götüermür. Bu məsələəd çox səmimidirlər.
Bu baxımdan mən o məsələdə fikrimi dəyişirəm.Amma bilirəm ki, bacarıqlı, qabiliyyətli insanlar hər yerdə özünə yol tapıbdolana bilir. Təəssüflər olsun ki, insanlar özü öz ayağı üstündə durmaq üçün hərzaman dövlətdən bir kömək gözləyir, yaxud kimdənsə kömək gözləyir. Bizsosializm dövründə yaşamırıq axı, indi kapitalizmdir. Belə cəmiyyətlərdə hər kəsözü özünə iş yaratmağa çalışır. Dövlət iş vermirsə belə, özü gedib iş yaratmağaçalışmalıdır. Indi bazar iqtisadiyyatıdır, yəni vəhşi kapitalizmin daha normalforması. Fərasətli adamlar milyardlar da qazana bilərlər. Düşünürəm ki, yardımıbiz qadınlarımıza verməliyik, iş təmin edə bilmədiyimiz ehtiyacı olanlara verməliyik,əlillərimizə verilməlidir, başsız avə çoxuşaqlı analara və s.
Amma ümumilikdə insanların hamısınayardım vermək olmaz ki. Yaxşı yaşamaq istəyirsənsə, öz işini qurmalısan. Gedibzavod və fabrikdə də işləsən 800-1000 manat maaş alacaqsan. Ehtiyacın çoxdursa,daha çox pul sahibi olmaq istəyirsənsə, artıq özün çalışacaqsan. İnsanlarımızöz ayaqları üstündə dayanmağı öyrənməlidirlər. Gəlib bizdən tələb eləsinlər ki,deputat, mənə kömək elə iş qurmuşam, oradan 20-30 min alım, işimi böyüdüm, bizdə həvəslə bunu edək. Çünki dövr buna doğru gedir.
7. "Tiktok"dan ənçox istifadə edən deputatsız desək, yanılmarıq. Razi bəy "Tiktok"dan hansıməqsədlə istifadə edir?
- Mən sadəcə olaraq TikTokdan həm bir bilikalmaq üçün istifadə edirəm, ikincisi də öz fikirlərimi TikTok üzərindən cəmiyyətəçatdıraram. Bu iki məqsəd üçündür. İndi əgər sizin iştirakınızla öz TikTok səhifəmiaçsam görəcəksiniz ki, orada rus, türk, azərbaycan, ingilis, fransız, almandillərində məlumatlardır. O məlumatların da hamısını oxuyuram, abuna olduğum səhifələrvə şəxslər dil biliklərimi zənginləşdirmək üçündür, ensiklopedik məlumatlaralmaqdır, sağlamlıqla bağlı paylaşımlardır,
dünya xəbərləridir, dünya siyasətçiləridir.Yəni, mənim üçün TikTok ideal bir məkandır.
Hərdən gəlib mənə deyirlər ki, buTikTokda çox pis-pis şeylər var, qarşıma çıxıb, adam TikToka girə bilmir. MənTikToka girirəm, mənim qarşıma heç elə şeylər çıxmır. Mən deyərdim ki, TikTokbiliyimin artmasında, bildiyim dillərin zənginləşməsində, aldığım məlumatlarındaha da müxtəlifləşməsində önəmli bir rol oynayır. Eyni zamanda da özmesajlarımı, fikirlərimi, düşüncələrimi həm partiya sədri kimi, həm deputatkimi cəmiyyətə çatdırmaqda da müstəsmə rol oynayır. Elə videolarım var ki, 5milyon baxılıb, 2 milyon baxılıb, 3 milyon baxılıb, üst-üstə belə götürəndəbaşqaları paylaşıb, 10-15 milyon baxılan da var, başqa ölkələrdən də baxan var.
8. Bir dəfə demişdinizki, "Tiktok"da avaralar çoxdur. Orada sizə ən çox narahat edən məqamhansıdır?
- Tiktokda kim necə gəldi, video çəkir,paylaşırdı, mənasız söz yığını danışırdı. Mənim üçün də Tiktok yeni idi. Açandaqarşıma pis səhifələr çıxırdı. Sonradan öz zövqümü, maraq dairəmi müəyyənləşdirəndənsonra heç onlar qarşıma çıxmır daha, onları görmürəm də. İndi görürəm ki,Tiktok xeyli mədəniləşib. Bütün platformaların əvvəli belə olur. Sel də gələndəçör-çöp gətirir. Facebook da belə idi, İnstagram da belə idi, indi Tiktok dabelə oldu, Youtube-un da əvvəli belə olub. Artıq Tiktok platformasına avaraplatforma demək mümkün deyil. Kimsə onu tənqid edirsə də, insanlara məsləhətgörürəm ki, birinci özünüzdən başlayın. Əgər sənin orada qarşına nəsə pis, lazımsız, düşük məlumatlar çıxırsa,demək sən ona baxırsan ki, çıxır. Hər bir bir videonun üzərində barmağını basıbsaxlayandan sonra menyu açılır. Orada belə videoların bir daha göstərilməməsiniseçə bilərsən. Təmizlə və doğru-düzgün yaşa. 
9. Azərbaycantelekanallarında da bayağı verilişlər, "Tiktok" fenomenləri tez-tez yeralır. Sizcə, televiziyalarımız niyə bu vəziyyətdədir?
- O cür verilişlər, televiziyalar, həmdə cəmiyyətin zövqünü korlamaq və özlərinə uyğun bir tamaşaçı yetişdirmək üçünişləyirlər. Şəxsən, mən, cavan uşaqların güldüyü komediyalara gülə bilmirəm.Baxıram, inanın ki, heç cür gülə bilmirəm. Bəlkə də cəmiyyətin ağırlığı vəyaxud zövqsüzlüyü, məni güldürmür. Başqa ölkələrdən olan komediyalara, verilişlərəbaxıram və görürəm ki, ciddi məsələlər müzakirə olunur və yaxud ciddizarafatlar olunur. Amma təəssüflər olsun ki, bu gün bizdə bütün zarafatlarınhamısını qurşaqdan aşağı endirirlər. Güldürmək üçün eyib sözlər deməlisən. Bubir trendə çevrildi ki, söyüşlə danış. Daha çox onu amerikan filmlərindəgörürdük, "Hollywood" filmlərində söyüşlə danışırlar, qadın, kişi bilmirlərvə biz bunu götürürük. Cəmiyyət də bu şəkildə bir tamaşaçı yetişdirir. Amma görürəm ki, bu gün ciddi gülüş epizodlarıyaranır. Televiziyalarda maraqlı və ciddi nələrsə var artıq. Bizim istedadlı gənclərimiz,aktyorlarımız var. O adama, aktyora hörmətim artır ki, sözünü ağayana, ciddi və kəskin yumorla desin. Özünəhürmət edən adamın qeyri-ciddi yumorlara baxıb güldüyünü görməmişəm.
10. Son olaraq, Azxeberoxuyucularına nə demək istərdiniz?
- "azxeber.com" saytı mənim Azərbaycandaən çox hörmət qoyduğum media qurumlarından biridir. Rəhbərliyini görəndə onlarafikirlərimi çatdırmışam. Mən sizin "instagram" kanalınıza abunəyəm. Hərgün izləyirəm, buradan məlumatları alıram. Minlərlə insan burada öz fikrinibildirir və bu da məni çox sevindirir. Üstün cəhətiniz budur ki, paylaşımlaraöz qərəzinizi əlavə etmirsiniz. Məni də paylaşmısınız və hədəfə gəlmişəm, ammamən bundan inciməmişəm. Çünki siz ora duz və istiot qatmamısınız. Siz peşəkarmedia baxımından yanaşmısınız. Dediklərimi yazmısınız. Siz o neytrallığı, mediaprofessionallığını saxlamaq üçün əlinizdən gələni edirsiniz. Siz mənim ən müsbətyanaşdığım, suallarına daim cavab verdiyim ağ siyahımda olan bir mediaqurumusunuz.
Mikayıl Mirzəzadə
Video: Xanlar Əlizadə


Siyasi     Baxılıb: 266   Tarix: 04 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Dmitri Medvedev Cənubi Koreya prezidentini xain adlandırdı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Cənubi Koreya prezidenti Yun Seok-yeol-u satqın adlandırıb və onun getməli olduğunu bildirib:. "Cənubi Koreya prezidenti Yoon Seok-yeo

Bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. O qeyd edib ki

Elman Vəliyev: "Əsədin varlığı Rusiyanın Aralıq dənizinə çıxışı deməkdir"

Suriyada hərbi münaqişə yeni mərhələyə qədəm qoyub. 13 il əvvəl başlayan Suriya böhranı uzun müddətli müharibəyə səbəb olub və yüz minlərlə insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb. Suriyanın şəhər və kəndlər

"Avropa ABŞ ilə ticarət müharibəsinə hazır olmalıdır" - AK rəsmisi

"Avropa Birləşmiş Ştatlarla potensial ticarət müharibəsindən zərər görməmək üçün "Birinci Avropa" strategiyasına keçməlidir". xəbər verir ki, bunu "Financial Times"ə açıqlamasında Avropa Komissiyasını

Suriya prezidenti Ərdoğanın əlini sıxacaq - İddia

Bəşər Əsəd Ərdoğanın Suriyanın şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər. xəbər verir ki, bu fikri Türkiyənin iqtidaryönlü "Hürriyet"

Pezeşkian bu ölkəyə səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək. xəbər verir ki, Kremilin sözçüsü Dmitri Peskov səfərə hazırlığın getdiyini qeyd edib. Qeyd olunub ki, hələlik dəqiq tarix müəyyən olunmayıb. Xatırladaq ki, bu, Pezeşkianı

Azərbaycan və İran XİN rəhbərləri görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb. xəbə

Razi Nurullayev: "Cəmiyyətdə deputatdan gözləntilər çoxdur

"Cəmiyyətdə deputatlara, məmurlara, siyasətçilərə - bir sözlə vəzifəli şəxslərə qarşı aqressiya var. Bunun qarşısını almaq olmur. Əslində, bu meyl bütün dünyada var, artıq bir trendə çevrilib və Azərbaycan da onun bi

ABŞ və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə buna görə qarşıdır

"ABŞ və Almaniya Rusiya ilə gərginliyin arta biləcəyi səbəbindən Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxırlar". xəbər verir ki, bu barədə "The Wall Street Jornal" (WSJ) mənbələrə istinadən yazıb. Nəşri


tezbazar yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi xəbərlər.com xeber.az bu gun cəbhədən son durum