Mərkəzi Bankın eyni tenderi, eyni qalib şirkət, fərqli qiymət… - ƏTRAFLI
Azərbaycan Mərkəzi Bankı üçün "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri" sorğusunun keçirilməsi üçün xidmətin satın alınması ilə bağlı elektron satınalma üzrə açıq tenderin qalibi məlum olub.
KONKRET.az xəbər verir ki, MB-nin Tender komissiyasının 16 dekabr 2021-ci il tarixli qərarına əsasən, Principal MMC qalib elan edilib.
Qalib şirkətlə müvafiq satınalma müqaviləsi də imzalanıb.
Məlumatda bildirilir ki, MB eyni xidməti ötən illə müqayisədə 16% ucuz əldə edib.
Yəni hazırda tenderin qalibinə 74,9 min manat ödəniləcək. İlin əvvəli bu şirkətlə 76.5 min manatlıq eyni xidmət üzrə müqavilə imzalanmışdı. Bir il öncə isə bu lot üzrə tenderə AMB 90 min manat xərcləmişdi.
İqtisadçı ekspertlər eyni həcmdə olan tenderi 3 dəfə udan eyni şirkətin xidmətlərinə görə bu il daha az məbləğ təklif etməsini mübahisələndiriblər. Yəni necə ola bilər ki, ötən illə müqayisədə eyni xidməti göstərən MMC daha az məbləğ istəsən? Nəzərə alsaq ki, bu il inflyasiya daha yüksək olub, onda bu məsələnin əlavə açıqlamaya ehtiyacı yaranır.
Saytımızın bununla bağlı göndərdiyi sorğuya MB-dən cavab verilməyib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR