Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
"Meşələrin qırılması ilə bağlı problemli rayonlar var. Bunlar əsasən Oğuz, Qəbələ, İsmayıllı və Lerik rayonlarındakı meşə əraziləridir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.
Onun sözlərinə görə, Lerik rayonunda əsas yaşayış məntəqələrinin meşənin içərisində yerləşməsi və qazlaşdırmanın zəif olması ağacların qırılmasına səbəb olur:
"Nə qədər çox kənd və rayon maye qazla təmin olunsa, meşə qırıntısı bir o qədər azalar".
"2017-ci ildə meşələrdə qanunsuz olaraq 55-56 min kubmetr, 2018-ci ildə 28 min kubmetrdən çox, 2019-cu ildə 18 min kubmetrdən yuxarı ağac qırılıb. Bu ilin əvvəlindən indiyədək olan dövrdə bu rəqəm 6600 kubmetr olub", - deyə N.Xıdırov əlavə edib.
İlhamə Əbülfət /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb