Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladı

Məşhur kardioloq ürəyi qoruyan 5 VACİB QAYDANI açıqladıRusiyanın Səhiyyə Nazirliyinin baş kardioloqu, Milli Tibbi Tədqiqat Kardiologiya Mərkəzinin direktoru Sergey Boyçov ürək sağlamlığı barədə ən çox yayılmış və əsas təhlükəli səhvlərdən danışıb.
Kardioloqlar son dövrlərdə bir çox insanın 40-45 yaşında, hətta 35 yaşında artıq ürək-damar xəstəliklərindən əziyyət çəkməyə başladığını iddia edir.
Milli.Az xəbər verir ki, bununla bağlı danışan həkim orqanizmdə ən tez yaşlanan orqanın damarlar olduğunu bildirib:
"İnsanların əksəriyyətində "təslim olan" ilk və əsas orqan qan damarlardır. Onların ən çox rast gəlinən xəstəliyi - arterial hipertoniyadır. Hipertoniya infarkt, insult və vaxtından əvvəl ölümün əsas günahkarıdır. Onun risk faktoru 45% -dir. Yəni damar xəstəlikləri və ölüm hallarının yarısı yüksək qan təzyiqindən asılıdır. Siqaret, alkoqol, duz, artıq çəki isə digər amillərdir.
Yaşla bağlı olaraq çox az adam hipertoniya inkişafının qarşısını ala bilər. Damarlar daha sərt olur, böyrəklər daha pis işləyir, bədəndən duzu çıxarmaq funksiyasının öhdəsindən daha az gəlirlər. Bildiyiniz kimi, artıq duz artan təzyiqin əsas səbəblərindən biridir".
Ancaq hər şey o qədər də pis deyil. Baş kardioloq deyir ki, hipertoniyanın qarşısını almaq mümkündür və xəstəlik artıq başlamışsa, onu nəzarətdə saxlamaq lazımdır. Həkim eyni zamanda bir çox hipertoniklərin böyük səhv edərək, çox təhlükəli yüksək təzyiqi ilə həyatına davam etməsi və müalicədən qaçması ilə bağlı narahatlğını da dilə gətirib:
"Təzyiqim həmişə 160-100-ədir və özümü çox yaxşı hiss edirəm" kimi ifadələr böyük səhvdir. Unutmayın ki, infarkt olmaq və ya insult keçirmək istəmirsinizsə, 140 ilə 90 icazə verilən maksimum təzyiqdir. Və 130/80 təzyiqə düşmək daha yaxşıdır.
Hipertoniya dərmanlarını müalicə kursuna görə qəbul etmək yol verilmiş digər bir xətadır. "Dərmanları 2 həftə qəbul etdikdən sonra təzyiq normal vəziyyətə qayıdacaq" demək və sağaldığını iddia etmək ən çox yayılmış səhvlərdən biridir. Müasir tibb hipertoniya kurs terapiyasını tanımır. Çünki bu xəstəlik əbədidir. Xronikdir, tamamilə müalicə edilə bilməz, ancaq müvəffəqiyyətlə nəzarət altında saxlanıla bilər, ömrü uzatmaq və həyat keyfiyyətini qorumaq olar. Bunun üçün hipertoniya dərmanlarını kardioloqların dediyi kimi, "müddətsiz" qəbul etməlisiniz. Əks halda mütəmadi olaraq tibbi müayinədən sonra dərmana ehtiyac duyulur. İstisna hallarda, xəstəliyin erkən mərhələlərində yüksək qan təzyiqi dərmansız müalicə edilə bilər".
Daha sonra baş kardioloq damarları xolesterindən təmizləyən üsulların təsirindən danışıb:
"Bu gün damarları təmizləmək mümkün deyil. Ümumiyyətlə, "damar təmizlənməsi" məişət dilidir. Ən azı iyirmi ildir ki, sübutlara əsaslanan tibb dünyasında yaşayırıq. Hər hansı dərmanların damarları "təmizləməsi" ilə bağlı isə heç bir elmi sübutlar yoxdur. Artıq ciddi elm bu cür "təmizləmələr" ilə heç məşğul olmur. Bir vaxtlar xolesterin lövhələrini ləğv etməyə yönəlmiş bir terapiya var idi. Lakin bu istiqamət gözləntiləri doğrultmadı.
Müasir tibb nə təklif edir? Xolesterin lövhələrinin ölçüsünü azalda bilən statin dərmanları var. Bu vəziyyətdə lövhənin yağ komponenti azalır, lakin bu gün qan damarlarının divarlarında əmələ gələn "lövhələri" tamamilə çıxarmaq mümkün deyil. Odur ki, lövhələrin və ya aterosklerozun böyüməsinin qarşısının alınması ilə məşğul olmaq vacibdir. Buna sağlam həyat tərzindən başlamaq və həkiminiz tərəfindən təyin olunan dərmanları qəbul etməklə başlamaq olar".
İnfarktın əlamətlərindən danışan kardioloq bildirib ki, bu gün çoxları onlardan xəbərsizdir. Odur ki, risk müddətini uzatmaq ölümcül nəticəyə qədər təhlükəli vəziyyətə gətirib çıxara bilər.
Kardioloq infarktın əlamətlərini belə sadalayıb:
İlk və əsas siqnal ağrıdır. Ağrı sıxlıqla ürək ətrafında, sinənin orta hüceyrələrində hiss edilir. Bu ağrı tez-tez sol ələ, çiyinlərə, çənəyə və boyuna yayılır.
Vacib qeyd: İnfarkt keçirənin tikiş və ya yanıq ağrısı olmur, o, adətən sıxılma və boğulma şəklində özünü göstərir.
İkinci simptom - boğulma, kəskin hava çatışmazlığı. Bu iki simptom bir neçə dəqiqə ərzində yox olmazsa, dərhal təcili yardım çağırmalısınız. Bu halda nəinki sağ qalmaq, həm ürək əzələsinə dəyən zərərin miqdarını minimuma endirmək, həm də infarktdan sonra ürək çatışmazlığının inkişafının qarşısını almaq üçün bir şans var".
Professor ürək sağlamlığını qorumaq üçün 5 qayda irəli sürüb:
1. Qarnınızı düzləşdirin. Kişilər üçün kritik təhlükəli bel ölçüsü 102 sm və daha çoxdur, qadınlarda 88 sm və daha çox. Yadda saxlayın ki, mədədəki yağ - ürək-damar sistemi üçün çox təhlükəlidir.
2. Fiziki baxımdan aktiv olun. Hipertoniyaya qarşı ən yaxşı vasitələrdən biri işləyən əzələlərdir. Onlarda qan aktiv şəkildə axın edir. Nəticədə ürək və beyin damarlarının yük azalır.
3. Duzu azaldın. Yemək bişirərkən duz əlavə etməyin. Mümkünsə duzu süfrədən ümumiyyətlə, yığışdırın ki, hazır yeməyə duz əlavə etməyəsiniz.
4. Siqaretdən imtina edin. Tamamilə! Elektron siqaretlərə keçməyin, bütün tütün məhsullarından uzaq durun. Onların hamısı damarlar üçün zərərlidir, istisnasız.
5. Alkoqolu azaldın. Faydalı doza yoxdur. Spirtli içkiləri az-az içməklə onun sadəcə zərərlərini minimallaşdırmaq olar. Ən təhlükəlisi də gecə alkoqol qəbul etdikdən sonra səhər yaşanan paxmeldir. Bu, qan damarları və ürək üçün kritik dərəcədə təhlükəli olan ağır intoksikasiyanın baş verdiyi deməkdir. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri krminal bu gun ensonxeberler sonxeberler