Məşhur pəhrizin "yan təsirlər"i üzə çıxdı
Məşhur pəhrizin "yan təsirlər"i üzə çıxdı
Ketogen pəhriz soyuqdəyməyə bənzər simptomlar yarada bilər.
Bu barədə "Frontiers in Nutrition" jurnalında yerləşdirilmiş tədqiqatda deyilir.
Pəhriz zamanı minimal miqdarda karbohidrat, çoxlu yağ və orta səviyyədə zülallardan istifadə olunur. Bu cür qidalanma təxminən 100 il əvvəl məşhurlaşmışdı. O zaman bu pəhriz epilepsiyanın müalicəsi üçün təklif edilirdi.
Daha sonra isə o, arıqlamaq istəyənlər arasında məşhurlaşdı, halbuki, aparılan tədqiqatlar onun effektivliyini təsdiqləməyib.
Alimlər ketogen pəhrizin soyuqdəymə əlamətlərini yarada biləcəyini müəyyən ediblər. Belə simptomlar çox vaxt keto-pəhrizin ilk həftəsində müşahidə olunur və təxminən bir ay sürür. Bu fenomen "keto qripi" adlandırılıb.
Tədqiqatlar nəticəsində, ketogen pəhriz zamanı "baş ağrısı", "zəiflik", "ürəkbulanma", "beyinin dumanlanması", "mədə-bağırsaq diskomfortu" daxil olmaqla 54 simptom müəyyən edilib.
Alimlər bu cür "yan təsirlər"in yaranma səbəbini hələ izah edə bilmirlər. Ola bilsin ki, rasionun dəyişməsinin təsiri altında insan bağırsaqlarında yaşayan mikroorqanizmlər dəyişirlər və bu da xoşagəlməz nəticələr verir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb