"Mətanət A" şirkətinin "20 İllik Uğuru və Gələcək Perspektivləri" haqqında Elxan Bəşirovun müsahibəsi

"Mətanət AAzərbaycanda qeyri – neft sektorunun inkişafı, qeyri – neft ixracının həcminin artırılması ölkəmizdə son illər həyata keçirilən iqtisadi siyasətin əsasını təşkil edir. Bu uğurlu siyasətin nəticəsi olaraq son 20 ildə qeyri – neft sektorunda 3 dəfəyə yaxın artım qeydə alınıb. Müasir dövrün çağırışlarına uyğun olaraq son vaxtlar ölkəmizin daha da güclənməsinə yönələn ciddi islahatlar həyata keçirilir. İstər istehsal prosesləri, istərsə də idarəetmədə daim yeniliklərin carçısı olan "Mətanət A" şirkəti də bu dəyişikliklər dalğasından kənarda qalmayıb.
Azxeber.com "20 İllik Uğur və Gələcək Perspektivlər" haqqında Şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirovun müsahibəsini təqdim edir.
Salam Elxan müəllim!
Geridə qoyduğumuz 20 il "Mətanət A" şirkəti üçün hansı uğurlarla yadda qaldı?
- Geridə qoyduğumuz bu 20 ildə Azərbaycan inşaat materialları istehsalı sektorunda bir çox uğurlar qazandıq, sektorda inşaat problemlərinin həlli üçün innovativ məhsullar təqdim etdik. Bu gün 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidi istehsalına müvəffəq olmuşuq. "Mətanət A", "AĞDAĞ", "FasNatural", "ROKOL", "Qraniyap", "PARAKONTAKT", "İzolatex", "FasMazaik", "Parmaket" "Parmawood", "Azerlime" və s. çoxsaylı innovativ məhsul brendlərimizi istehlakçılara təqdim etdik. "Mətanət A" sement əsaslı quru inşaat qarışıqları istehsalı zavodu, "AĞDAĞ" gips əsaslı məhsulların istehsalı zavodu kimi bir çox yeni zavodlar istifadəyə verildi. O cümlədən 2020-ci ildə Cənab Prezident İlham Əliyevin iştirakı ilə Qazax rayonunda AZERLİME Əhəng zavodunun açılışı ilə ölkəmizdə daha yeni bir zavod fəaliyyətə başladı. Bəşəriyyət 2020-ci il tarixini pandemiya ilə mübarizə ili kimi yadda saxlasa da ötən il başda Ali baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası və "Zəfər ili" kimi tarixdə qaldı.
Elxan müəllim, 2021-ci ilin artıq 5 ayını geridə qoyduq, inşaat mövsümünün növbəti ayları üçün gözləntiləriniz necədir? Ümumiyyətlə şirkətin yaxın perspektiv üçün nə kimi planları var?
- İnşaat sektorunda daim ilklərə imza atan "Mətanət A" şirkəti bu il də müxtəlif layihələr həyata keçirməyi planlaşdırır. Bu il məhsul çeşidimizin artırılması ilə yanaşı bəzi məhsullarımıza brend olaraq artıq yeni nəfəs vermişik. Bunlara Rokol boyaları, Mirvana boyası, Venestro boyası, Akdeniz keramika yapışdırıcısı və s. kimi bir çox məhsullarımız buna nümunədir. İllər keçdikcə nəsillər yenilənir və bu baxımdan məhsullarımızın da həm tərkib baxımından həm də brend baxımından yeni nəslin tələblərinə uyğunlaşdırmaq qəbul edilən strategiyamızın mühüm bir parçasını təşkil edir. Eləcə də istehsal sahələrini genişləndirmək, bazara yeni məhsullar çıxarmaq, yeni bazarlar yaratmaq, müştəri məmnunluğunun daha da artırılması əsas hədəflərimizdəndir. Əlbəttə bütün bunları etmək, reallaşdırmaq indiki pandemiya şəraitində çətin görsənə bilər. Lakin qeyd etməliyəm ki, ölkəmizdə sahibkarlıq fəaliyyətininin inkişafı daim Cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz bu faktor bizə əlavə güc və stimul verir. Bu il üçün əsas hədəf və prioritetlərimizdən biri də AĞDAĞ gips-karton lövhələrinin istehsalı zavodunun fəaliyyətə başlamasıdır. Qeyd edim ki, digər zavodlarda olduğu kimi, bu zavodumuzda da Avropanın, Almaniyanın müasir istehsal texnologiyaları tam tətbiq edilmişdir. Artıq daha keyfiyyətli, eyni zamanda istehlakçılar üçün səmərəli olacaq gips–karton lövhələrinin istehsalına başlanılmışdır. Paralel olaraq isə daş yunu istehsalı zavodunun tikintisini davam etdiririk.
Elxan müəllim, istehsal etdiyiniz tikinti materiallarinın xarakteristikası ilə tanış olduqca bu məhsulların hamısında həm ekoloji təmizlik anlayışı, həm də müasir standartların tətbiqi ön plana çıxır. Bu haqda fikirlərinizi öyrənmək istərdik.
- Düşünürəm ki, hər bir fəaliyyətdə ilk növbədə faydalılıq prinsipi əsas götürülməlidir və şirkətin hazırladığı məhsulun dəyəri də onun faydalılığına görə müəyyən edilməlidir. Eyni zamanda ekoloji sağlam məhsulların istehsal edilməsi, müasir inşaat texnologiyalarının ölkəmizə gətirilməsi, sektorda beynəlxalq standartların ilk olaraq tətbiq edilməsi, bizim ümumi strategiyamızda prioritetdir. "Mətanət A" şirkəti təsis edildiyi gündən ekologiyanın, ətraf mühitin qorunması şirkət üçün önəmli faktor olub. Təsadüfi deyil ki, şirkətin korporativ rəngi də təbiətin
rəngi – yaşıl rəngdir. Şirkət istehsal proseslərində "dünyanı xilas edən" texnologiya kimi tanınan "Green Technology" tətbiq edir. Nanotexnologiyaların tətbiqi sayəsində "Yaşıl Biznes" siyasətinə uyğun olaraq ətraf mühitə dəyən zərərin miqdarı minimuma endirilib, enerji sərfiyyatına qənaət etmək imkanları yaranıb. Eyni zamanda biz artıq EN 12004 kimi beynəlxalq keyfiyyət standartlarının C1TE, C1T, C1, C2T, C2TE siniflərinə uyğun məhsullar istehsal edirik. Bu isə o deməkdir ki, bizim istehsal etdiyimiz məhsullar Avropa bazarlarında istehsal edilən məhsullarla rəqabət aparmaq qabiliyyətinə malikdirlər. Məhz istehlakçılar, inşaat mühəndisləri, ustalar da, əminliklə bizim məhsullardan istifadə etməklə əsl keyfiyyət faktorunu və fərqini görə bilərlər. Xammallarda Nanotexnoloji zərrəciklər dolduruculara adsorpsiya olunması nəticəsində unikal yapışdırıcı alınır, üzlük plitələr qopmur. Bunun nəticəsidir ki, "Kiçik molekul, böyük fərq yaradır"! devizi bizim fəaliyyətimizin nəticəsini praktiki əks etdirmişdir. Şirkətin əsas keyfiyyət fərqi məhz bunun üzərində qurulub.
 Bildiyimiz kimi "Mətanət A" şirkətinə aid zavodlarda istehsal müasir texnologiyalar əsasında həyata keçirilir. Bu cür müasir avadanlıqlarda çalışacaq kadrlarınız varmı?
- Biz həmişə qürurla bildiririk ki, Azərbaycanda inşaat materiallarının istehsalı sahəsində nanotexnologiyalar ilk dəfə olaraq "Mətanət A" şirkətində tətbiq edilib. Bu səbəbdəndir ki, Şirkət 2014-cü ildə "Tikinti Materiallarının istehsalında İnnovasiyaların tətbiqinə görə" dövlət mükafatına layiq görülmüşdür. Şirkət həmçinin Müassir İT texnologiyaların tətbiqi üzrə 2012-ci ildə MDB-də ilk dəfə ABŞ-ın nüfuzlu Hewlett-Packard (HP) IT Club şirkəti tərəfindən "The Best Company- Ən Yaxşı Şirkət" diplomunu əldə etmişdir. Nanotexnologiyaların tətbiqi eyni zamanda ətraf mühitin qorunmasında da mühüm rola malikdir. Artıq bir neçə ildir ki, SMART texnologiyasının tətbiqi ilə istehsal prosesi tam robotlaşdırılmış fəaliyyət metoduna keçib. Rəqəmsal ticarət alətlərindən geniş istifadə imkanlarını artırmışıq. Əlbəttə ki, Azərbaycanda yüksək ixtisaslı kadrlar çoxdur. Biz insan resurslarının inkişafı sahəsində son illərdə bir çox xarici proqramlar təşkil etdik. Xarici ölkələrdən əldə olunan texnologiyaların daha da dərindən mənimsənilməsi üçün əməkdaşlarımıza avadanlıqların gətirildiyi həmin ölkələrin mütəxəssisləri tərəfindən təlimləndirmə prosesini həyata keçiririk. Bu vasitə ilə şirkətimizdə çalışmış gənclər beynəlxalq təcrübəyə yiyələnməklə yanaşı yeni bilik və bacarıqlara da sahib olurlar. Eyni zamanda Universitetlərlə bu istiqamətdə sıx əməkdaşlığımız
mövcuddur. Pandemiya müddətindən əvvəl hər il onlarla tələbə müxtəlif istiqamətlər üzrə şirkətimizdə təcrübə proqramına cəlb edilmişdir. Onlardan əməkdaş kimi qalıb işləyənlər də mövcuddur. Pandemiya dönəmində isə onlayn iş rejimində operativlik və çevik qərarların verilməsi üçün bir çox islahatlar aparılmış və əməkdaşlarımızda idarəetmə vərdişlərinin daha da inkişaf etdirilməsinə nail olmuşuq.
Mətbuatda İşğaldan azad ediləcək ərazilərdə "Mətanət A" şirkəti zavod tikəcək başlıqlı məlumatlar yayılmışdır. Bu layihənin icrası il bağlı nələri qeyd etmək istərdiniz?
- Düzgün vurğuladınız. Hələ Vətən müharibəsi başladığı andan cəbhədə baş verən prosesləri Şirkət olaraq yaxından izləyirdik. Döyüşdə onlarla əməkdaşımız iştirak etmiş və bir əməkdaşımız Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hər bir azərbaycanlı kimi biz də müharibə dönəmində Silahlı qüvvələrimizə maddi və texniki dəstəyimizi təqdim etmişik. İşğaldan azad olunmuş ərazilərdə Cənab prezident İlham Əliyevin başçılıq etdiyi quruculuq abadlıq işlərinə biz də töhfəmizi vermək istəyirik. Bu istiqamətdə iqtisadiyyatın inkişafına dəstək olunması üçün yeni zavodun tikilməsini hədəfləmişik. Məlum olduğu kimi Qarabağ regionu inşaat materiallarının istehsalı sahəsində bol təbii sərvətlərlə zəngin ehtiyatlara malik torpaqlardır. Bu torpaqları uzun müddət düşmən korlamağa çalışmış və ekoloji terror törədərək ətraf mühitə külli miqdarda ziyan vurmuşdur. Lakin biz bu ərazilərdə yeni ekoloji təmiz məhsulların istehsalını hədəfləyən zavod tikməklə həm iqtisadiyyata müəyyən töhfəmizi vermiş oluruq, həm də buraya geri qayıdan vətəndaşlarımız üçün yeni iş imkanlarının təqdim edilməsi baxımından məşğulluğun təmin edilməsinə dəstək olmağı planlaşdırmışıq. Zavodun tikilməsi ilə bağlı torpaq sahəsinin ayrılması üçün dövlət qurumlarına müraciət olunmuşdur. Müraciətlərə müsbət yanaşılarsa öz üzərimizə götürülən öhdəlikləri vaxtında həyata keçirəcəyik.
Elxan müəllim, bir daha Sizə və kollektivinizə bol-bol uğurlar arzu edir və maraqlı söhbətiniz üçün minnətdarlığımızı bildiririk.

İqtisadiyyat       Tarix: 02 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyay

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR

Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb. Bir həftə davam edən proqra

Pensiya və maaşları istənilən bankdan ala biləcəyik

Azərbaycanda vətəndaşlar pensiya, əməkhaqqı və sosial ödənişlərini istədikləri bank vasitəsilə almaq imkanı əldə edəcəklər. APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administrator

Qızıl bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 124,8 dollar artaraq 4 238,8 dollar təşkil edib. xəbər verir ki, gümüş isə 3,97 dollar artaraq 67,97 dollara bərabər olub

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin

Bank of Baku müştərilərinə daha rahat, sürətli və əlçatan bank xidmətləri təqdim etmək məqsədilə rəqəmsal həllərini genişləndirməyə davam edir. Bankın növbəti yeniliyi sayəsində müştərilər artıq nağd pul kreditini 100% ta

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu sonxeber.az xeber.az son xeberler son.xeber