"Metsamor": Qonşu dövlətlərə də təhlükə saçan "ölüm stansiyası" ilə bağlı AÇIQLAMA
"Metsamor": Qonşu dövlətlərə də təhlükə saçan "ölüm stansiyası" ilə bağlı AÇIQLAMA
"Metsamor" Atom Elektrik Stansiyasında yarana biləcək təhlükə Azərbaycana daha çox təsir göstərəcək".
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor İslam Mustafayev bildirib.
Onun sözlərinə görə, AES normal şəraitdə işləsə, böyük fəsadları olmaz:
"Hazırda həmin rejimdə işləmir və çox böyük fövqəladə hal riski var. "Metsamor" AES-in korpusunun birində çatlar var. Digər korpus işləsə də, etibarlı deyil. Rusiya istehsalıdır və 1974-cü ildən fəaliyyət göstərir. Oradan axıdılan istənilən maddələr Azərbaycana gəlir.
Bu stansiya Azərbaycan, Türkiyə, Gürcüstan və İranın sərhədində yerləşir. Oradan nüvə və radioaktiv tullantılar Araz çayı vasitəsilə bizim çaylara axıdılır. Nəticədə radioaktiv çirklənmə baş verir".
Professor qeyd edib ki, "Metsamor" AES-də böyük qəza baş verərsə, Ermənistandan çox, Azərbaycanın böyük bir ərazisi radioaktiv tullantılarla çirklənəcək:
"Stansiyanın ətraf mühitə təsiri təsdiq olunub. Beynəlxalq təşkilatlarla birlikdə nüvə materialları və radioaktiv tullantılarla bağlanmasına nail olmaq lazımdır. Bildiyimə görə, AES-də yeni reaktor tikməyi planlayıblar.
Stansiyada partlayış baş verərsə, ərazi nüvə axıntısı riski altındadır. Bu hal baş verərsə, radioaktiv çirklənmə Bakıya kimi gələ bilər".
İlhamə Əbülfət

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR