Meymunçiçəyi xəstəliyinin diaqnostika qaydaları AÇIQLANDI

Meymunçiçəyi xəstəliyinin diaqnostika qaydaları AÇIQLANDIAzərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə hazırladığı klinik protokolunda xəstəliyin diaqnostikası məlum olub.
KONKRET.az-ın məlumatına görə, protokolda qeyd olunub ki, xəstəliyin olmasına şübhəli şəxslərə test edilməlidir.
Testin aparılması qərarı infeksiya ehtimalının qiymətləndirilməsi ilə əlaqəli olaraq həm klinik, həm də epidemioloji amillərə əsaslanmalıdır. Diaqnoz xəstədən götürülmüş patoloji materialda PZR (NAAT) üsulu ilə meymunçiçəyi virusunun DNT-nin aşkarlanması ilə təsdiq olunur.
Virusların təcrid edilməsi rutin diaqnostik prosedur kimi tövsiyə edilmir və yalnız müvafiq təcrübəsi və qoruyucu vasitələri olan laboratoriyalarda aparılmalıdır. Bu üsullar müntəzəm diaqnostikanın bir hissəsi kimi tövsiyə edilmədiyinə görə bu metodologiyaların xüsusi təfərrüatları bu sənəddə əks olunmur.
Seroloji üsullara gəlincə, ortopoksviruslar seroloji olaraq çarpaz reaksiyalara səbəb olduğundan, antigen və anticisimlərin aşkarlanması üsulları meymunçiçəyi xəstəliyinin spesifik təsdiqini təmin etmir. Bundan əlavə, təbii çicəyə qarşı peyvənd almış insanlarda yalnışmüsbət nəticələr rast gələ bilər.
Meymunçiçəyi xəstəliyinin diaqnostika qaydaları AÇIQLANDIStasionar müalicəyə daxil olmuş xəstələrə qanın və sidiyin ümumi analizi ilə yanaşı göstərişlərə əsasən qanda elektrolitlərin təyini, qaraciyərin funksional sınaqları, sidik çövhəri, koaquloqram və venoz qanda laktat miqdarı təyin olunmalıdır. Təcrid olunmuş xəstə ağır vəziyyətdədirsə və onda dəri yaralarının bakterial infeksiyasının qoşulması güman edilirsə, antibakterial müalicədən əvvəl qanın bakterioloji müayinəsinin aparılması tövsiyə olunur. Hərarətin yüksəlməsindən 3 həftə əvvəl malariyaya endemik regionda olmuş şəxslərdə malariya infeksiyasını inkar etmək üçün müvafiq müayinə aparılmalıdır.
Dəri səpkilərinə səbəb ola biləcək müxtəlif patoloji vəzittəylərin mümkünlüyü, meymunçiçəyi xəstəliyinin klinik təzahürünün atipik ola bilməsi ehtimalı onun yalnız klinik əlamətlər əsasında diqanostikasını çətin edə bilər. Buna görə yayılmış səpkilərin digər potensial səbəblərini nəzərə almaq xüsusilə vacibdir.

Sağlamlıq       Tarix: 01 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qrip və viruslar yayılır: Özümüzü necə qoruyaq? – Həkimdən AÇIQLAMA

Havaların soyuması ilə ölkədə bir sıra yolxucu respirator viruslara yoluxma halları da artır. Bu isə cəmiyyətdə narahatlıqların yaranmasına səbəb olur. Bəzən insanlar qrip və digər bu kimi virusları o qədər kəskin keçirirlə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

Qoşaçayda otuz şagird zəhərləndi

Bu gün Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin məktəblərindən birində otuz şagird zəhərlənib. KONKRET.azxəbər verir ki, bu haqda İran televizyası məlumat yayıb. Xəstəxanalara köçürülən şagirdlərin zəhərlənmə səbəb

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 sou biznes son xabar kriminal xeberler